Şahzadə Harrinin kitabı Böyük Britaniyada SATIŞA ÇIXARILDI
Şahzadə Harrinin "Spare" ("Ehtiyat") adlı avtobioqrafiyası Böyük Britaniyada satışa çıxarılıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb.
Bildirilib ki, bəzi kitab mağazaları yanvarın 9-dan 10-na keçən gecə kitabı nümayiş etdirmək üçün açıq olub.
Qeyd edək ki, memuarın ispan dilli versiyası yanvarın 5-də səhvən satışa çıxarılıb və Qərb mediası kitabdan çıxarışları dərc edib.
Belə ki, "The Telegraph" Harrinin "Taliban" terror hərəkatının 25 üzvünün qətlini etiraf etdiyi bir parçanı dərc edib. Memuarda Sasseks hersoqu 2019-cu ildə qardaşı Şahzadə Uilyam ilə davasından da bəhs edib.
Bildirilib ki, Uilyam Harrinin həyat yoldaşı Meqan Marklı "kobud" adlandırıb və bu, ailə münaqişəsinə səbəb olub.
Qeyd edək ki, Şahzadə Harri 2006-cı ildə Sandhurst Kral Hərbi Akademiyasını bitirib. 2007-2008 və 2021-2013-cü illərdə Əfqanıstanda "Əl-Qaidə" və "Taliban" yaraqlılarına qarşı döyüş əməliyyatlarında iştirak edib.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO