Salyanda "Dollar Rüstəm"in evinə hücum - "Porsche"də 50 min dollar var

Salyanda Salyanda "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə basqın edən şəxslərdən birinə hökm oxunub.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2023-cü ilin avqust ayının 23-də, gecə saat 03.00 radələrində Salyan rayonunda iş adamı,  "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə maskalı şəxslər hücum edib.
Hücumun planı Bakı şəhərində hazırlanıb. Belə ki, Sərxan adlı şəxs Mirzə Həsənzadə və Ramil Ağayevlə birlikdə Bakı şəhərində görüşüb, razılığa gəldikdən sonra "Dollar Rüstəm"in evinə basqın ediblər. Maskalı şəxslər əski parçası ilə Rüstəmin ağzını bağlayıb və yapışqan lentlə sarıyıblar və pul tələb ediblər. İş adamı isə "Porsche"nin açarını onlara verməklə, avtomobilin sandıqçasında 30-50 min ABŞ dolları pul olduğunu deyib.
Gözətçi və qonşuların köməyə gəlməsi səbəbindən oğrular hadisə yerindən qaçıblar. Bu zaman Sərxanın üzündən maska düşüb və bu onların kimliklərini aşkarlamağa kömək edib.
1987-ci ildə Gəncə şəhərində doğulmuş Sərxan hadisədən bir gün sonra İstanbula qaçıb. Bu ilin fevral ayında Bakıya qayıdarkən hava limanında saxlanılıb.
Sərxan izahatında bildirib ki, onlara dəqiq xatırlamadığı kimsə Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfərin faizə pul verdiyini, borc alanların "qanını içdiyini", həyətində "Porsche" markalı bahalı avtomobili olduğunu dediyi üçün sözügedən əməli törədiblər.
Məhkəmədə Rüstəmlə sonuncunun qızı arasında miras üstündə münaqişə olduğunu və bütün bu məlumatları da həmin qızın verməsi barədə də iddia qaldırılıb.
Məhkəmənin qərarı ilə Sərxan Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Mirzə Həsənzadə və Ramil Ağayev də cinayət məsuliyyətinə cəlb edilib.

Hadisə       Tarix: 09 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Bakıda qonşusunu qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlı

İmişlidə yol qəzası oldu, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü

Cəlilabadda azyaşlını yüksək hərarətdən qıcolma tutub. xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 10 yaşlı A. Y. yüksək hərarət səbəbilə qıcolma keçirib və o, dünyasını dəyişib. Faktl

Sabirabadda faciəvi şəkildə ölən məktəblinin adı bilindi

Sabirabadda yol-nəqliyyat hadisəsində ölən məktəblinin şəxsiyyəti məlum olub. -a istinadən xəbər verir ki, ölən şəxs 2011-ci il təvəllüdlü P.Həsənlidir. Hadisə noyabrın 7-də Sabirabad şəhəri ərazisində qeydə alınıb. Bel

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Rusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib. modernaz-a istinadən xəbə

Bakıda kişi evində ölü tapıldı

Bakı sakini evində ölü halda tapılıb. -ınxəbərinə görə, hadisə Binəqədi rayonu, A.Məmmədov küçəsində baş verib. 44 yaşlı Ramil Rafiq oğlu Tağıyevin meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında köhnəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosndə qeydə alınıb. Belə ki, hərəkətd

Astarada mikroavtobus aşdı: xəsarət alanlar var

Astarada sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. KONKRET.azxəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib. Deqədi-Astara istiqamətində hərəkətdə olan "Qazel" markalı marşrut avtobusu Deqədi kənd

Eldar Azadov vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat edib. xəbər verir ki, bu barədə UNEC-in Mətbua


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər ən son xəbər cəbhədən son görüntülər hava haqqinda