"Şamaxı" ilk oyununda məğlub oldu
Şamaxı şəhər stadionunda keçirilən ilk oyunda eyniadlı komanda ilə "Neftçi" üz-üzə gəlib.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
KONKRET.az-ın məlumatına görə, qarşılaşmadan əvvəl "Şamaxı"nın futbolçuları Rail Məlikov və Ruslan Əmircanovun karyeralarını bitirdikləri rəsmən elan olunub. Klub prezidenti bu münasibətlə hər iki oyunçuya xatirə hədiyyəsi təqdim edib.
Qarşılaşmaya yerli sakinlər tərəfindən maraq böyük olub. 2 200 tamaşaçı tutumuna malik tribunalar tam dolub. Ayaq üstə qalanlar isə oyunu meydanı əhatələyən dəmir hasarlar arxasından izləyiblər.
Şamaxı şəhər stadionundakı ilk qarşılaşma kimi tarixə düşən matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada ilk qol 10-cu dəqiqədə vurulub. "Neftçi"nin "Şamaxı"da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı "Şamaxı"nın üstünlüyü ilə başa çatıb – 1:0.
Fasilədən sonra fəallığını artıran "Neftçi" 60-cı dəqiqədə bərabərlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.
Bununla da "Neftçi" xalını 41-ə çatdıraraq, ikinci pillədə möhkəmlənib. 20 xala malik "Keşlə" isə 6-cı mövqedə qalıb.
Qeyd edək ki, fəxri tribunada AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov və digər nüfuzlu qonaqlar yer alıblar."Report"
Xidmetler [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu