Şamaxıdakı yanğınla bağlı FHN-dən - AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyinin "112″ qaynar telefon xəttinə Şamaxı rayonunun Əngəxəran kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.
KONKRET.az xəbər verir ki,əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının traktor qoşqusundan yerə dağılmış ot bağlaması və yol kənarındakı kol-kosda baş verdiyi və hər an meşəyə keçmə riskinin mövcud olduğu müəyyən edilib.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativliyi sayəsində yanğın qısa müddətdə söndürülərək meşəyə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumilikdə təxminən 1 hektar ərazidə quru ot və kol-kos, 5 ton ot bağlamasının isə 3 tonu yanıb. Ətraf ərazilər, o cümlədən meşə yanğından mühafizə olunub.
Xidmetler [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu