Samir Abasov üzr istədi

Samir Abasov üzr istədiFutbol üzrə Azərbaycan kubokunun yarımfinalında "Sabah"a uduzaraq mübarizəni dayandıran "Neftçi"nin baş məşqçisi Samir Abasov oyunsonrası təşkil olunan mətbuat konfransında iştirak edib.
KONKRET.azxəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
– Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər.
– 80 faiz komandanın heyətində olanlara baxanda, deyirsən ki, bunlar "Neftçi"yə necə gəlib? Titul gedib. Beyninizdə yay transfer pəncərəsini fikirləşirsiz. Anderssonu görsəz, nəsə sözləriniz olardı?
– Söz demək mənə düşmür. Çünki birlikdə işləməmişik. O və başqa insan haqda danışmaq istəmirəm. Planlar cızırıq. Bu oyunla bağlı deyildi, bundan əvvəl də deyilirdi. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlamaq istəmirəm. Daha yaxşı "Neftçi" kimi gəlmək istəyirik. "Neftçi"yə layiq olan oyunçuları da tapıb, gətirməliyik.
– Bassalu Sambuya qırmızı verilməsəydi, "Neftçi" bu gün finalda olardı?
– Məncə, o qədər də aidiyyəti yoxdur. Hər mövqedə ümid etdiymiz oyunçular var. Amma o yoxdur deyə, o haqda danışa bilmərik. Sambu gələndən sonra əsas hücumçumuza çevrilmişdi. Üç qol vurub, bu da bizi ümidləndirirdi. Cəzasını bir oyuna da salmadılar. Sual pis deyil. Sambu burada yoxdursa, niyə digər hücumçular onun kimi oynamır. Bu da doğru yanaşma deyil. Sambu yoxdursa, orada Dambo, Şeydayev, Ağadadaş var. Niyə biz qışda gələn Sambunun olmamasına üzülməliyik? Çətindir.
– "Neftçi" bu gün qocaları xatırladırdı. Amma məsuliyyəti üzərinizə götürdüz. Futbolçuları qoruyursuz?
– Heç kimi qorumaq fikrində deyiləm. Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyəti daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm.
– Heyətə cəlb edilmiş legionerlərin müqavilə müddəti çoxdur. Onları göndərib, istədiklərinizi gətirmək üçün təzminat ödəməli olacaqsız. Məhz bu məqam istədiyiniz heyəti qurmağa maneçilik törədə bilər?
– Buna indi cavab vermək çox çətindir. Bura yeri deyil. Ətraflı hər şeyi biz də bilirik, klubla danışırıq. Həmin prbolemlər var. Digər komandalar bunu çözə bilirlər, ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyik danışmaq tezdir, yeri deyil.//Qafqazinfo

İdman       Tarix: 24 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az apa.az xeberler metbuat axsam.az xeberler