Samir Nuriyev yeni ədliyyə nazirini kollektivə təqdim etdi - FOTOLAR

Samir Nuriyev yeni ədliyyə nazirini kollektivə təqdim etdi - FOTOLARBu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib.
KONKRET.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir ədliyyə sisteminin formalaşması və inkişafının ümummilli lider Heydər Əliyev adı ilə bağlı olduğunu bildirib.
Qeyd edib ki, ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun yeni inkişaf yoluna qədəm qoyub, onun çoxşaxəli fəaliyyətini tənzimləyən normativ-hüquqi baza formalaşdırılıb, nazirliyin səlahiyyətləri genişləndirildi, cəmiyyətdə rolu artıb.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ədliyyə sisteminin inkişafı məsələlərini və ümumilikdə hüquq islahatlarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının təsdiq etdiyi qanunvericilik aktları ilə Ədliyyə Nazirliyinin yeni fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, ədliyyə orqanlarında qulluq keçmənin qaydaları və şərtləri müəyyən olunub, ədliyyə orqanlarının inkişaf etdirilməsi məqsədilə müvafiq addımlar atılıb. Azərbaycan Prezidentinin hüquqi dövlət quruculuğu prosesində ədliyyənin rolunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dövlət başçısının qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verdiyini aydın göstərir.
Qarşıdan gələn dövrdə nazirliyin qarşısında duran vəzifələrlə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş nazirə və kollektivə uğurlar arzulayıb.
Samir Nuriyev yeni ədliyyə nazirini kollektivə təqdim etdi - FOTOLARSamir Nuriyev yeni ədliyyə nazirini kollektivə təqdim etdi - FOTOLARSamir Nuriyev yeni ədliyyə nazirini kollektivə təqdim etdi - FOTOLAR

Siyasi       Tarix: 28 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber valyuta məzənnələri son xeberler bugun 2026 canli cəbhədən xəbər