Samir Şərifov: 'Antiinflyasiya tədbirləri ilə qiymətlər enəcək
"İnflyasiya təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Qlobal inflyasiya təzyiqləri ilk növbədə enerji daşıyıcılarının, əsasən neft-qazın bahalaşması ilə əlaqədardır.
Qaz həmçinin müxtəlif növ gübrələr üçün xammaldır. Buna görə gübrə qiymətləri də avtomatik olaraq artıb. Hətta müəyyən qədər qıtlıq da yaranıb. Bu isə ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb. İlk növbədə taxılın, o cümlədən buğdanın bahalaşması müşahidə olunur".
azxeber.com "report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısında maliyyə naziri Samir Şərifov bildirib.
"Rusiya-Ukrayna müharibəsi nəqliyyat və logistika problemlərini daha da dərinləşdirib. Nəzərə alsaq ki, bu iki ölkə ən mühüm taxıl və bitki yağları istehsalçıları və təchizatçılarıdır, bu da qiymətlərin artımına təsir göstərir.
Beləliklə, xarici amillər hesabına formalaşan qiymət artımı Azərbaycana da sirayət edib. Çünki ölkəmiz bir sıra məhsulların idxalçısıdır və biz də bu qiymət artımının mənfi təsirlərini yaşayırıq".
Nazir həyata keçirilən antiinflyasiya tədbirlərindən də danışıb: "Hökumət ölkə prezidentinin tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlayıb həyata keçirir.
Bu tədbirlərin əsasən Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasıdır. Bununla əlaqədar lazımi qərarlar qəbul edilir. Onların icrasının nəticəsində qiymətlərdə bir qədər enmə baş verəcək".

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var