Samir Şərifov: "Dövlətin parkinq və cərimələrdən pul qazanmaq niyyəti yoxdur
İyulun 25-dən dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə görə yeni ödəniş məbləğlərinin tətbiqi dövlətin pul qazanmaq niyyətini daşımır.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında deyib.
Onun sözlərinə görə, cərimənin məqsədi hansısa düzgün olmayan fəaliyyəti müəyyən formada yasaqlamaqdır: "Kim ki, bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. O cümlədən, parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir".
Qeyd edək ki, nazir bunu deputat Fazil Mustafanın parkinqlərlə bağlı iradına cavab olaraq bildirib.
Qeyd edək ki, hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni, mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçi özü qəbul edə bilər. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır