Santuş minnət qoydu: "Daha yaxşı təkliflər vardı, amma Azərbaycanı seçdim"
"Mənə etimad göstərdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Danışıqlar prosesində onların layihələrini, gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Bu qarşılıqlı anlaşma gələcək layihələri birlikdə həyata keçirmək baxımından önəmlidir. Burdayamsa, demək ki, AFFA rəhbərliyi layihənin həyata keçirilməsi üçün məni görmək istəyib".
KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuş bu gün keçirilən təqdimetmə mərasimində deyib.
O, Azərbaycan millisindəki fəaliyyətinin uzunmüddətli layihə olduğunu bildirib: "Mənim məşqçi heyətim, AFFA, eləcə də sizlərlə birlikdə biz böyük uğura nail olub, tarix yaza biləcəyik. Bunun üçün klublarla da birlikdə əl-ələ verib işləmək çox önəmlidir. İnanıram ki, tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, Azərbaycan millisi rəhbərliyim altında hansısa böyük yarışa yollanacaq".
Santuş başqa təkliflərinin də olduğunu söyləyib: "Mənə etimad göstərdiyi üçün AFFA-ya təşəkkür edirəm. Mənim başqa, daha yaxşı təkliflərim var idi. Amma bu layihəyə inandığım üçün Azərbaycandayam".
Daha sonra portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Zəngin karyeraya malik məşqçisiniz. Azərbaycan millisi isə FİFA reytinqində ilk "100-lük"də belə deyil. AFFA-nın təklifi nə dərəcədə cəlbedici oldu ki, onu qəbul etdiniz?
– Cəlbedici təklif oldu. Ona görə də buradayam. Çalışacağıq ki, millini daha ön sıralara aparaq.
– Azərbaycan millisini Gürcüstan kimi Avropa çempionatında görmək üçün nələr edəcəksiz?
– Gürcüstan millisinin böyük turnirdə iştirakı da motivasiyadır. Qazaxıstan da Avropa çempionatına vəsiqə qazanmağa yaxın idi. Hədəf də odur ki, 2028-ci ildə böyük miqyaslı turnirə vəsiqə qazanaq. Bunun üçün hər bir şərait var. Sizin də dəstəyiniz çox önəmlidir. Xalqın inamı, dəstəyi də, həmçinin. Uğur ani olaraq göydən düşmür. Uzunmüddətli layihələrlə həyata keçirilir. Təəssüf ki, əvvəlki seçmə mərhələlərdə bunun üçün cəhd edilib, amma alınmayıb. Mənim üçün də motivasiya odur ki, bunu dəyişim. Ümid edirəm ki, bu, bizdə alınacaq. Onu da qeyd edim ki, heyətimlə burada Azərbaycanda yaşayacağıq. AFFA ilə layihəni həyata keçirmək üçün burada yaşayıb, ölkənin mədəniyyəti ilə də tanış olacağıq. Bizim işimiz gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil. İşə ciddi yanaşmaq istəyirik.
– Bu layihəni həyata keçirmək üçün özünüzdə yetərli enerji hiss edirsiz?
– İşləmək üçün tam enerjiliyəm, kifayət qədər motivasiyam var. Bu layihəni həyata keçirmək istəyirik.
– Sizdən qabaqkı millinin baş məşqçiləri daha çox müdafiəmeyilli futbol oynaydıblar. Bəs sizin rəhbərliyiniz altında necə olacaq?
– Əsas məqsəd qələbə qazanmaqdır. Bunun üçün yaxşı oynamaq lazımdır. Həm hücum etmək, həm müdafiə olunmağı bacarmaq lazımdır. Millinin son iki oyunun izləmək fürsəti əldə etdim. Azərbaycana qarşı da oynamışıq, Bakıda da olmuşam. Azərbaycan millisini tanıyıram. Bir çox insanlar statistik göstəricilərə çox önəm verirlər. Amma mən buna diqqət yetirən deyiləm. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Onlar qələbə qazanmaqla yanaşı, cəlbedici futbol göstərmək istəyirəm.
– Türkiyədə işləməyiniz Azərbaycana uyğunlaşmağınıza kömək edəcək?
– Azərbaycana ilk dəfə 2020-ci ildə gələndə, həm mən, həm də köməkçilərim yaxşı mənada çox təəccüblənmişdik. Gözləmirdik ki, belə şəhərlə qarşılaşacağıq. Burada yaşayacağam, həm də istənilən halda, uyğunlaşmağa məcburam. Düşünmürəm ki, hansısa çətinlik olacaq. Siz mənə yox, mən sizə uyğunlaşmalıyam.
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var