"Sarkisyan və Koçaryan Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar" - Ali Baş Komandan
"Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Koçaryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman AZƏRTAC-a müsahibəsində deyib.
"O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Koçaryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun", – deyə dövlət başçısı bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Gənc aktyorun ürəyi dayandı
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Qəbələdə iki maşın yandı
Cici Hadidlə Bredli Kuper Parisdə - Fotolar
Azərbaycan nefti ucuzlaşdı
Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram
Tovuz döyüşlərindən 6 il ötür