Şarmazanov: "İrəvandakı univeristet binaları türk hostellərinə çevriləcək"
"Nikol Paşinyan Ermənistanın düşmənidir. O var gücü ilə dövlətimiz məhv etdi. Milləti keçmişə və indiyə, ağa və qaraya böldü".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Eduard Şarmazanov Facebook səhifəsində yazıb.
O daha sonra fikirlərini belə qruplaşdırıb:
"Paşinyan, transseksualları himayəsinə götürməklə yanaşı kilsəyə qarşı mübarizəyə girdi. Ermənişünaslığa və milli təhsilə müharibə elan etdi. Erməni müdafiəsini milli məqsədlərimizdən uzaqlaşdırdı. Nikol Qarabağı təhvil verdi və onu Azərbaycanın bir hissəsi kimi tanıdı.
O, Araratı erməni hesab etmir. O, Nemesis abidəsinin qoyulmasının əleyhinədir. Siyasəti onu göstərir ki, baş nazir Vətənimizi hissə-hissə düşmənə təslim edir. Milli ruhu ermənilərdən uzaqlaşdırmaq üçün Njde və Vazgeni, Aram Manukyan və Bekor Aşotu çarmıxa çəkdi. O, Müstəqillik Bəyannaməsini rədd edir, Yerablur və Çiçernakaberdi təkzib edir. O, iti bıçaqla erməni tarixinin üzərindən böyük bir cızıq cızır. Siz hiss etmirsiniz, Nikol Ermənistana necə nifrət edir, onu türk vilayətinə çevirir. Universitetləri paytaxtdan yığışdırmaqla binaları türk hostelinə çevirmək arzusunu gizlətmir".
Natiq Səlim,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək