Satanovski erməniləri müharibəyə səslədi - Rusiya regionda yeni müharibə istəyir

Satanovski erməniləri müharibəyə səslədi - Rusiya regionda yeni müharibə istəyirRegiondakı geosiyasi vəziyyətin yaratdığı reallığı qəbul etməyən ermənilərin səs-küylü bəyanatları bir qədər də çoxalıb. Brüssel görüşündən sonra fəallaşan erməni siyasi ekspertlər öz formatlarına sadiq qalaraq Azərbaycan əleyhinə təbliğat kampaniyasını davam etdirirlər.
Ermənilərin ənənvi vay-şüvəninə onların xaricdəki havadarları da qoşulub. Əsas dəstəyi Rusiyadan alan Ermənistanın təbliğat maşınının aparıcı simaları da həmişəki kimi eyni adamlardır. Rusiyanın müxtəlif qurumlarını təmsil edən həmin şəxslər arasında politoloq Yevgeni Satanovski də var. Daim ermənipərəst mövqe sərgiləyən və ermənilərin birmənalı şəkildə tərəfini tutan Satanovski öz ampulasını dəyişməyib.
Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə toxunan politoloq Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyi ilə bağlı bəyanatını şərh edib:
"Sülhməramlıların Qarabağda qalma müddəti var. Əgər Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı fəaliyyəti nəticəsində başqa qərar qəbul edilmirsə, qalanları texniki məsələlərdir".
Şuşa bəyannaməsini xatırladan Satanovski müharibədən sonra böyük dəyişikliklərin baş verdiyini, Türkiyənin Azərbaycanla Şuşa bəyannaməsini imzaladığını narahatlıqla ifadə edib və Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını Rusiya Ermənistan münasibətlərinin ruhuna kölgə saldığını bildirib:
"Bundan sonra İlham Əliyev açıq şəkildə deyir ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edir, Azərbaycan pasportu alıb Azərbaycan qanunları ilə yaşayır, ya da çıxıb gedirlər. Mənə elə gəlir ki, bu vəziyyətdə erməni xalqının hələ vaxtı var. Qarabağın dinc əhalisini, ilk növbədə qadınları və uşaqları xilas etmək üçün erməni xalqı ayağa qalxmalıdır. Bütün bunlara baxmayaraq, Qarabağda yaşayan ermənilərin gələcəyinə inanmıram", – deyə Satanovski bildirib.
Əslində təxribat xarakterli çıxışıyla müharibə çağırışları edən rusiyalı politoloqun fikri aydındır. Rusiyanın maraqları çərçivəsində belə çıxışlar da başadüşüləndir. Rusiyanin Cənubi Qafqazda qalması üçün onlara burada silahlı münaqişə lazımdır. Münaqişəsiz regionda Rusiyanın nə işi var?!
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 17 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri zelzele xeberler az sonxəbər