"Science" jurnalı: "2100-cü ilə qədər buzlaqların 32 faizi yox olacaq"
ABŞ alimləri peyk görüntülərindən istifadə edərək müxtəlif iqlim dəyişikliyi ssenarilərini və onların mümkün təsirlərini araşdırıblar.
KONKRET.az "Science" jurnalına istinadən xəbər verir ki, temperatur artımı indiki sürətlə davam edərsə, 2100-cü ilə qədər quru buz kütləsinin 32 faizi əriyəcək.
Tədqiqata rəhbərlik edən ABŞ-ın Karnegi–Mellon Universitetindən (Carnegie Mellon University) alim David Rounce bildirib ki, son illərdə buzlaqlardakı dəyişikliyi araşdırmaq üçün daha çox peyk görüntülərindən istifadə olunub.
Qeyd olunub ki, buzlaqların əriməsi dəniz səviyyəsini 115 millimetrə qədər artıra bilər.
Tədqiqatçılar müşahidə ediblər ki, qlobal temperatur artımı müəyyən edilmiş 1,5 dərəcə Selsi səviyyəsində saxlanılsa belə, buzlaq kütləsinin 26 faizi yox ola bilər. Temperatur artımı BMT-nin proqnozlaşdırdığı 2,1-2,9 dərəcə Selsi arasında olarsa, 2100-cü ilə qədər Avropa, Kanada, ABŞ və Yeni Zelandiyadakı bütün buzlaqlar yox olacaq.
Qeyd edək ki, dünyada 2 milyard insanın təmiz suya olan ehtiyacı qurudakı 215 mindən çox buzlaqdan təmin edilir. Buzlaqların əriməsi dəniz sahillərində yaşayan milyardlarla insan üçün təhlükə yaradır.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır