"Səbail"in oyununda qalib müəyyənləşmədi
Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.
KONKRET.az xəbər verir ki, günün ikinci matçında "Səbail" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da reallaşan qarşılaşma qollu sülhə yekunlaşıb – 2:2.
Hesabı 13-cü dəqiqədə meydan sahiblərinin heyətində Aleksandr Ramalinqom açıb. 31-ci və 35-ci dəqiqələrdə Orxan Əliyev dubl etməklə komandasını önə keçirsə də, 61-ci dəqiqədə Aleksandr Ramalinqom növbəti qola imza ataraq, matçın yekun nəticəsini müəyyənləşdirib.
Turun açılış oyununda "Sabah" doğma meydanda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra aktivlərində 31 xal olan "Araz-Naxçıvan" və "Səbail" beşinci və altıncı yerləri bölüşürlər. Turnir cədvəlinə 51 xalla "Qarabağ" başçılıq edir.
Qeyd edək ki, XXIII turun "Sumqayıt" – "Turan Tovuz" və "Neftçi" – "Zirə" oyunları fevralın 18-də keçiriləcək. "Qəbələ" – "Qarabağ" oyunu isə təxirə salınıb.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto