Seçkilərin nəticələri bəlli olsa da, əsas sual budur - Varis KİM OLACAQ?

Seçkilərin nəticələri bəlli olsa da, əsas sual budur - Varis KİM OLACAQ?Orta Asiya Azərbaycan üçün çox əhəmiyyətli regiondur. Bu bölgədə yerləşən 5 dövlətdən 4-ü türkdilli ölkələr sayılır. Tacikistan istisna olmaqla, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan türkdilli dövlətlər birliyinə də daxildir.
Bu ölkələrin Azərbaycanla ikitərəfli əlaqələri də dinamik şəkildə inkişaf edir. Orta Asiyada dil baxımından Türkmənistan bizə çox yaxın olsa da, Özbəkistan əhalisinin azərbaycanlılara rəğbəti heyrətamiz şəkildə üstün sayılır. Ona görə də bu ölkədə gedən bütün proseslər, o cümlədən növbədənkənar prezident seçkiləri Azərbaycan üçün çox əhəmiyyətlidir.
Beləliklə, soydaşlarımızın çox yaşadığı Özbəkistanda seçkilərin gözlənilməz nəticə verməyəcəyi hər kəsə bəllidir. Amma hazırda əsas məsələ ölkənin hazırkı rəhbərinin neçə faiz alacağı və seçkilərin hansı səviyyədə keçiriləcəyidir.
Bildiyiniz kimi, Özbəkistanda növbədənkənar prezident seçkiləri bu ilin aprelində baş tutan Konstitusiya referendumundan dərhal sonra elan edildi. Bununla da Mirziyoyev daha iki dəfə dövlət başçısı vəzifəsi tutmaq şansını əldə etdi, üstəlik prezident səlahiyyətlərinin müddəti 5 ildən 7 ilə qədər artırıldı. Yerli mütəxəssislər hesab edir ki, ölkənin hazırkı prezidenti Şavkat Mirziyoyev yeni Konstitusiya ilə vəzifə ömrünü "sıfırlamaqla" yeni mərhələyə qədəm qoydu. Həmin mərhələ isə hakimiyyətin tranziti rolunu əhatə edir.
Özbəklər yaxşı anlayır ki, bu səlahiyyətin varisə ötürülməsi ssenarisini həyata keçirmək üçün ilkin mərhələdə ölkədə ictimai-siyasi vəziyyəti sabitləşdirmək olduqca vacib idi. Ancaq Mirziyoyev 2026-cı ili gözləmək fikri yox idi. Odur ki, Nursutan Nazarbayev təcrübəsi əsas gətirilərək növbədənkənar seçkilərə gedilməli idi.
Hazırda vəziyyət belədir ki, Mirziyoyevin özündən başqa, daha üç namizəd qeydə alınıb. Əlbəttə, həmin namizədlərin Mirziyoyevə rəqib olacağını demək də gülünc olardı.
Özbəkistan hakimiyyəti əmindir ki, irimiqyaslı saxtalaşdırmalar olmadan Mirziyoyev prezident seçiləcək.
Bu seçkilər Qərbdə Özbəkistanın avtoritar keçmişə açıq-aşkar geridönüşü kimi qiymətləndirilir. Dünya 27 il hakimiyyətdə olan prezident İslam Kərimovun tətbiq etdiyi sərt avtoritarizmi hələ də unutmayıb. Məhz onun 2016-cı ildə dünyasını dəyişməsindən sonra qardaş özbək xalqı rahat nəfəs ala bildi.
Göründüyü kimi, Konstitusiya referendumunun yaratdığı əndişə və narahatlıq içində belə bir sual da ortaya atılıb: 65 yaşlı prezidentin daha hansı planları var? Axı ölkə daxilində siyasi və biznes elitasının klandaxili mübarizəsi kəskinləşə bilər. O isə yaşından qaynaqlanan problemlərə görə təqaüdə çıxmalıydı. Belə çıxır ki, seçkilərdən sonrakı prosesdə varis hazırlanması ehtimalı daha ağlabatandır. İndi cavabını gözləyən vacib sual da budur. Bu varis KİMDİR?
KONKRET.az-ın ANALİTİK QRUPU

Siyasi       Tarix: 09 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər xeber.az 2026 sonxeberler cəbhədən son xəbərlər