Sedat Pekerin adamlarına qarşı əməliyyat – 3 nəfər tutuldu
Sedat Peker və tərəfdarlarına qarşı keçirilən ilk əməliyyat zamanı ünvanında tapılmayan şəxslərə qarşı bu gün İstanbul və Çanaqqala şəhərlərində yenidən əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, axtarışda olan şəxslərə qarşı keçirilən əməliyyat zamanı 3 nəfər saxlanılıb.
Qeyd edək ki, aprel ayında baş tutan əməliyyat zamanı İstanbul polisi açıqlama vermiş və Sedat Pekerin də aralarında olduğu 63 nəfər haqqında "cinayət xarakterli təşkilat yaratmaq", "planlaşdıraraq mənimsəmək", "qəsb etmək", "korrupsiya", "xəsarət yetirmə", "hədələmə" və "başqasının azadlığını məhdudlaşdırmaq" halları ilə bağlı iddia qaldırıldığını elan etmişdi.
Daha sonra isə S. Peker "youtube" vasitəsilə 6 video paylaşıb və aralarında daxili işlər naziri Süleyman Soylu da olmaqla Türkiyənin bir çox tanınmış siması haqqında müxtəlif iddialar səsləndirib. O, bu zaman, tanınmış azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovdan da danışıb və Mənsimovun haqsız həbs edildiyini iddia edib. S. Pekerin iddiasına görə, M. Mənsimov Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarın göstərişi ilə, mülklərini ələ keçirmək üçün həbs edilib.
Peker həmçinin, Antalyada yaxın mühafizəçisi tərəfindən güllələnərək qətlə yetirilən azərbaycanlı kriminal avtoritet "Lotu Quli" ləqəbli Nadir Səlifovun Türkiyəyə Mübariz Mənsimovu öldürmək üçün M. Ağar tərəfindən gətirildiyini iddia edir.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər