Səddam Hüseynin müdafiəsi üçün iki prezident pul ayırıb - FOTO

Səddam Hüseynin müdafiəsi üçün iki prezident pul ayırıb - FOTOLiviyanın keçmiş prezidenti Müəmmar Qəddafi və Yəmənin sabiq dövlət başçısı Əli Abdulla Saleh İraqın keçmiş lideri Səddam Hüseynin Əmmanda yerləşən müdafiə vəkilləri komitəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıblar.
Publika.az "Report"a istinadla xəbər verir ki, bu barədə Səddam Hüseynin vəkili Büşra Xəlil "RİA Novosti"yə açıqlamasında bildirib.
"Vəkillər komitəsinin xərclərinə gəlincə, prezident Qəddafi bu məbləği Əmmanda komitənin ofisində işlədiyi üçün Raqedə (Səddam Hüseynin qızı-red) bağışladı, prezident Əli Abdulla Saleh də həmçinin bu məbləği bağışladı", - Xəlil bildirib.
İraqın öldürülən keçmiş liderinin qızı Raqed Hüseyn ABŞ-ın İraqda hərbi kampaniyasının başlamasından sonra İordaniyaya köçüb və burada Səddam Hüseyni məhkəmədə təmsil edən vəkillər komitəsinin koordinatoru olub.
"Əmmandan Bağdada biletləri xanım Raqed təmin edib, digərləri də öz ölkələrindən onun hesabına uçublar, otellərin xərcləri isə komitənin büdcəsindən ödənilib", - vəkil əlavə edib.
Qeyd edək ki, bu gün - dekabrın 30-u ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra ölkədə mövcudluğu təsdiqini tapmayan kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə Səddam Hüseyni edam etməsinin 15-ci ildönümü tamam olur.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqa hərbi müdaxiləsi 2003-cü ildə baş verib. Prezident Səddam Hüseyn beynəlxalq terrorizmlə mübarizə və kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə devrilib və edam edilib.
İraqın keçmiş lideri 6 aya yaxın amerikalılardan gizlənə bilib, lakin 2003-cü ilin dekabrında doğma şəhəri Tikrit yaxınlığında yaxalanıb. Xüsusi tribunalın ilk iclası 2004-cü ilin iyulunda baş tutub. Məhkəmə Hüseyni təqsirli bilib və 2006-cı il noyabrın 5-də asılaraq edam cəzasına məhkum edib.

Dünya       Tarix: 30 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün sou biznes sou xeberler bugun dunya xeberleri