Səddam Hüseynin vəkili danışdı: Öldürüləcəyimdən qorxmuşdum, çünki
"Amerikalıların güclü təzyiqinə məruz qaldım. Düzünü desəm, öldürüləcəyimdən qorxmuşdum, çünki sonuncusu Xamis Ubeydi olmaqla bir neçə vəkil öldürülmüşdü. Hakim məni bir neçə dəfə məhkəmə zalından çıxarmışdı".
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri İraqın sabiq prezidenti Səddam Hüseynin vəkili Büşra Xəlil bildirib.
Onun sözlərinə görə, sonuncu dəfə bir amerikalı ona yaxınlaşıb geri qayıtmaq istəyib-istəmədiyini soruşub: "Biz danışıqları davam etdirdik və sonda o, yenidən məhkəməyə qayıtmaq istəyib-istəmədiyimi soruşdu, mən də "hə" cavabını verdim. Mənə dedi ki, dostlarım kimi susmalıyam. Bu onu deməyə əsas verir ki, onlar məhkəmənin qurama olması üçün hər şeyi ediblər".
Səddam Hüseynin vəkili deyib ki, ABŞ nümayəndələri İraqın keçmiş rəhbərinin müdafiə qrupunun vəkillərinə təzyiq göstərib və xüsusi tribunalın məhkəmə prosesini idarə ediblər: "Onlar hər şeyə cavabdeh olublar və prosesə nəzarəti həyata keçiriblər".
Tural Turan
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var