Sədərək' ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
"Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatları açıqlanıb.
azxeber.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev bildirib.
O, qeyd edib ki, yanğın anbarda baş verib. Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.
Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.
"Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.
Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurça məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub", - o bildirib.
Xidmetler [newsid: 0-123300]

ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var
Çaya tullanan gənc faciəvi şəkildə ÖLDÜ
Abşeronda binada partlayış: Sakinlər təxliyə edilir
ÇL: "Sabah"ın çətin Finlandiya səfəri
Emmanuel Addaininin yeni klubu bəlli oldu
Daşkəsəndə "Niva" aşdı - Xəsarət alan var
Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay
İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi