Sədərək'də 30 min manatı döyülərək alınan sahibkarı izləyirlərmiş - TƏFƏRRÜAT
Bakıda mağazada satıcı və müştərilər gedən kimi obyektə basqın edilib, sahibkara ağır xəsarətlər yetirilib.
Hadisə paytaxtın Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzində qeydə alınıb.
Təsərrüfat malları satılan mağazalardan birinə basqın edən naməlum şəxs və ya şəxslər sahibkarı döyüb, obyektdən külli miqdarda pul aparıblar.
Zərərçəkmiş Şakir Ağayevin övladlarının "Xəzər Xəbər"ə verdikləri məlumata görə, hadisə axşam saatlarında satıcılar getdikdən sonra, ataları mağazada tək olarkən baş verib.
Şakir Ağayevlə qonşu mağazada işləyənlər də bildirdilər ki, naməlum şəxs və ya şəxslər onu izləyib, bu cinayəti törədiblər.
Ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib ki, məlumat daxil olan kimi yaralı Şakir Ağayevə ilk tibbi yardımı ticarət mərkəzinin əməkdaşları göstəriblər. Daha sonra o xəstəxanaya aparılıb, hazırda vəziyyəti normaldır.
Həmin mağazanın qarşısında təhlükəsizlik kamerası olmasa da, ticarət mərkəzinin ümumi ərazisində kameralar var.
Faktla bağlı rayon polis idarəsində müvafiq maddələrlə cinayət işi başlanıb, bu əməli törədən şəxs və ya şəxslərin axtarışı aparılır.
/ azxeber.com
f Paylaş
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var