Səfir: 'Ermənistan Xocalıda törədilən vəhşiliklərdə öz günahını etiraf etməyib
Ermənistan 31 il keçməsinə baxmayaraq, Xocalıda törədilən vəhşiliklərdə öz günahını etiraf etməyib.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici işlər nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov "Xocalı: Barışıq üçün etiraf et" beynəlxalq koalisiyası üzvləri, eləcə də yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə "Keçid ədaləti və dayanıqlı sülh" mövzusunda keçirilən dəyirmi masada deyib.
Səfir əlavə edib ki, "Xocalı: barışıq naminə etiraf et" beynəlxalq koalisiyasının əsas təklifi cinayəti törədən tərəfin etirafından ibarət olan keçid ədaləti adlanan mexanizmdən istifadə edilməsidir. Onun sözlərinə görə, hazırda bu mexanizm tərəflər arasında barışığa nail olmaq üsulu kimi müxtəlif formatlarda çox geniş istifadə olunur.
O, koalisiyaya səmərəli fəaliyyətinə görə təşəkkür edib və Azərbaycanın hazırda ədalət və sülhə kökləndiyini, tarixdə yeni səhifə açmağa hazır olduğunu vurğulayıb.
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir