Səfir Polad Bülbüloğlu "Rosneft"in rəhbərinə "Dostluq" ordenini təqdim edib - FOTO
Səfir Polad Bülbüloğlu "Rosneft"in rəhbərinə "Dostluq" ordenini təqdim edib - FOTO
5 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Rusiyanın "Rosneft" şirkətinin Baş icraçı direktoru İqor Seçin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.
APA-nın Moskva bürosunun Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar sentyabrın 11-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və nümayəndə heyətinin digər üzvləri İqor Seçinlə görüşüblər.
Görüş zamanı Polad Bülbüloğlu Azərbaycan Prezidentinin təbrikini oxuyub və ordeni "Rosneft"in baş icraçı direktoru İqor Seçinə təqdim edib.
Öz növbəsində İ.Seçin belə bir yüksək mükafata görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkür məktubunu Azərbaycan səfirinə təqdim edib, həmçinin Azərbaycan neftçilərinə xoş sözlərini çatdırıb.
SOCAR-ın prezidenti R.Abdullayev İ.Seçinə "Azərbaycanın Əməkdar neftçisi" diplomunu və döş nişanını təqdim edib.
Görüşdə, həmçinin Azərbaycanla Rusiya arasında, xüsusilə SOCAR və "Rosneft" arasında enerji sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.




Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."