Səfir Rəşad Məmmədov Zonquldak vilayətinə səfər etdi - FOTO

Səfir Rəşad Məmmədov Zonquldak vilayətinə səfər etdi - FOTOAzərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov 4 iyul tarixində Türkiyənin Zonquldak vilayətinə səfər edib və bir sıra görüşlər keçirib.
KONKRET.az xəbər verir ki, səfir Zonquldak bələdiyyəsini ziyarət edib və bələdiyyə rəhbərliyi ilə keçirilmiş görüşdə Azərbaycan – Türkiyə münasibətlərinin xüsusi əhəmiyyətinə diqqət çəkərək, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da çalışmağa davam edəcəyini bildirib.
Zonquldak valisi Mustafa Tutulmazla kecirilmiş nəzakət görüşündə iki qardaş ölkə arasında əməkdaşlıq imkanları müzakirə edilib, Türkiyənin mədən sənayesində qabaqcıl vilayətlərindən olan Zonquldakla Azərbaycanın müvafiq bir şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Daha sonra səfir valinin müşayiəti ilə Türkiyədə ən zəngin daş kömür yataqlarına malik olan Zonquldakda yerləşən Mədən muzeyi və Kömür təcrübə ocağını gəzərək, onların fəaliyyəti ilə bağlı ətraflı məlumat alıb.
Səfir Rəşad Məmmədov səfər çərçivəsində Zonquldak Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Mətin Dəmirlə də görüş keçirib.
Səfirə Palatanın investisiya qoymaq üçün maraqlı olduğu sahələr barədə məlumat verilib. Səfir R.Məmmədov vilayətdəki iş adamlarina Azərbaycandakı investisiya imkanları barədə məlumat verərək onları xüsusilə işğaldan azad olunmuş Qarabağda aparılan bərpa və yenidənqurma çalışmalarına investiya yatırmağa dəvət edib. Aparılmış müzakirələr nəticəsində əməkdaşlıq fürsətlərinin qiymətləndirilməsi məqsədilə yerli iş adamlarından ibarət heyətin Azərbaycana, azərbaycanlı iş adamlarının isə Zonquldaka səfərinin təşkili ilə bağlı razılıq əldə olunub.
Rəşad Məmmədov Zonquldak səfəri çərçivəsində Bülent Ecevit Universitetini də ziyarət edərək rektor vəzifəsini icra edən professor Hakan Kutoğlu ilə görüşüb. Görüşdə Universitetin Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları, yeni yaradılacaq neft – kimya fakültəsi üçün bu sahədə inkişaf etmiş Azərbaycan universitetlərinin təcrübəsinin öyrənilməsi, tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Səfir Bülent Ecevit Universitetində təhsil almaqda olan azərbaycanlı tələbələrin təhsili ilə də maraqlanıb.

Siyasi       Tarix: 06 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri iqtisadiyyat xeberleri bugun futbol xeberleri cəbhədən son xeber