Səfirdən SƏRSƏM AÇIQLAMA: "İran və Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək"
"İran və Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək".
KONKRET.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri bu gün jurnalistlərlə söhbətində deyib.
"Belə regional proseslər fonunda İran və Ermənistan beynəlxalq sərhədlərin tanınması, mübahisələrin sülh yolu ilə həlli, region xalqlarının hüquqlarına hörmət edilməsi kimi məsələlərdə həmfikirdirlər.
Keyfiyyətli və rahat nəqliyyat marşrutları hər iki ölkənin beynəlxalq aləmdə mövqelərini yüksəltməyə imkan verəcək.
Beynəlxalq nəqliyyat marşrutuna qarşı təhlükə təkcə İran və Ermənistanın maraqlarına təhdid olmayacaq, həm də nəqliyyat marşrutunun bütün benefisiarları bunu özlərinə qarşı təhlükə kimi qəbul edəcəklər", – deyə səfir bildirib.
Səfirin sözlərinə görə, burada müəyyən hiylə var, "qondarma" dəhlizlər, hansısa hərəkətlər barədə danışılır. Lakin İran və Ermənistan belə dəhlizin yaradılmasına imkan verməyəcək.
"Biz təşəbbüsün həyata keçməsinə imkan verməməliyik. Əksinə, hansısa dəhliz açmaq üçün təşəbbüs gözləməkdənsə, özümüz təşəbbüs göstərməliyik, sonra hansı mövqedən çıxış etməyi düşünüb qərar verməliyik", – Zohuri deyib.
Xuraman Etibarlı,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi