Səhər yeməyi artıq çəkidən qoruyur

Səhər yeməyi artıq çəkidən qoruyurHəkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir.
KONKRET.az xəbər verir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda bir fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemirlər.
Səhər yeməyinin beş faydasını təqdim edirik:
Səhər yeməyi əhval-ruhiyyəni yaxşılaşdırır.
İnsan ac olduqda onun qanında şəkərin səviyyəsi düşür. Bu da insanın əhval-ruhiyyəsinə mənfi təsir edir – insan əsəbi olur, hər şeyə daha kəskin reaksiya verir, qıcıqlanır. Bu isə, təbii ki, insanın işinə təsir edir.
Səhər yeməyi gün ərzində aclığı tənzimləyir.
Amerikalı mütəxəssislər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir. Mütəxəssislərin fikirlərinə görə, yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı ən yaxşı doydurur və gün ərzində qəbul edilən kaloriləri azaldır. Yumurtanı qızardılmış şəkildə deyil, bişmiş şəkildə yemək daha faydalıdır.
Səhər yeməyi diqqəti və yaddaşı yaxşılaşdırır.
Səhər yeməyi insana informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir.
Səhər yeməyi artıq çəkidən qoruyur.
Aclıq zamanı insan orqanizmində müdafiə reaksiyası işə salınır – orqanizm daha çox kalori qəbul etməyə çalışır ki, onları ehtiyat üçün saxlasın.
Beləliklə, əgər siz səhər yeməyindən imtina edirsinizsə, nahar zamanı lazım olandan daha çox yeyəcəksiniz və bu da bədən çəkinizə mənfi təsir edəcək.
Səhər yeməyi insanın mədə-bağırsaq sistemini xəstəliklərdən qoruyur.
Düzgün səhər yeməyi insanı bir çox mədə-bağırsaq sistemi xəstəliklərindən qoruya bilər.
İlk növbədə bu qastrit və qəbizliyə aiddir. Səhər 1 stəkan təmiz su, 30 dəqiqə sonra isə sıyıq (xüsusilə yulaf yarması sıyığı) yeyən insan qəbizlikdən azad ola bilər.Axşam.az

Sağlamlıq       Tarix: 27 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 xəbər az en son xeber cebheden xeber