"Səhərimi xoş qədəmlə açdım
Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında yaşanan məhkəmədən bəhs edib.
azxeber.com axşam.az-a istinadən bildirir ki, Ali Məhkəmənin qərarı ilə X.Hidayətqızı Ayseldən üzr istəməli, dediklərini təkzib etməli və 2 min manat təzminat ödəməlidir. Aysel bu günə kimi məsələ ilə bağlı danışmamasının səbəbini açıqlayıb:
"4 il yarımdır ki, proses davam edir. Bu, təkcə mənim qalibiyyətim deyil. Haqqımda verilimiş qərar, dövlətin qanunlarının həqiqətən keçərli olmasının sübutu və hər kəsin hüququnu müdafiə etməsinin təminatıdır. Bu günə kimi susdum, yüz söz dedilər, şərhlər yazdılar. Yazdılar ki, niyə cavab vermirsən, demək doğrudur. Susmağımın səbəbi budur. Heç kimlə deyişmirəm, artıq-əskik cavab vermirəm, məsələni qanunla həll edirəm. Haqqımda yazılan təhqirlərə cavab verməyə nə tərbiyəm, nə səviyəm icazə verir. Dünyada ağ, qara, pis, yaxşı deyilən anlayış var. Düşüncəsi pis və ya yaxşı olan insanlar var. Normaldır, normal da qarşılayıram. Şantajlı şərhlər yazırlar. Camaat sevir məhkəmələrdə olsun, sürünsün. Qanun qarşısında aciz qalıb, şantajlara keçmək...".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.
Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. Ötən gün Ali Məhkəmənin qərarı çıxıb. Qərara əsasən X.Hidayətqızı Ayseldən üzr istəməli, 2 min manat təzminat ödəməlidir.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var