Şəhid atası: Övladımın məzarı bərpa edilib, uyuduğu yer bizə məlum olub
Övladımın qəbri bərpa edilib, uyuduğu yer artıq bizə məlum olub.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında 31 il öncə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən və bir müddət əvvələ qədər naməlum şəhid kimi bilinən Hafiz Məmmədovun atası Qədim Məmmədov deyib.
O, övladının məzarının abadlaşdırılmasına görə minnətdarlığını ifadə edib:
"İllərdi övladımın axtarışındaydıq. Sağ olsun cənab prezidentimiz, dövlətimiz sonda övladımı tapıb bizi sevindirdi. Bura toplaşan hər kəsə təşəkkür edirəm. Bu gün övladımın qəbri bərpa edilib, uyuduğu yer bizə məlum olub".
Şəhidin qardaşı Ceyhun Məmmədov bildirib ki, onun məzarının Gəncədəki Şəhidlər Xiyabanında olduğunu öyrənənə qədər bir sıra proseduralar həyata keçirilib:
"31 il idi qardaşımı axtarırdıq. Bizdən DNT analizi götürülmüşdü. Sonradan müəyyənləşdi ki, qardaşım burada, Gəncə Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhidlərdən biridir. Bu gün onun qəbri yenidən bərpa edildi və bizə təqdim olundu. Dövlət başçımıza və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, bu gün şəhidin Gəncə şəhər Şəhidlər Xiyabanındakı məzarı yenidən abadlaşdırılaraq ailəsinə təqdim olunub.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir