Şəhid övladları naziri kövrəltdi - Türk millət vəkilindən ÖZƏL AÇIQLAMA
"Şəhid övladlarının "bizi bir daha atasız qoyma" mesajları mənə çox təsir etdi".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu "A Haber" proqramına özəl açıqlamasında deyib.
Ötən gecə istefa verməsi ilə bağlı danışan nazir bildirib ki, şəhid övladlarının ona yazdığı mesajlar qəlbinə toxunub: "Millətimizin yaxşı niyyətdən şübhə duymaması məni qürurlandırdı".
Qeyd edək ki, Soylu ölkədə 2 gün küçəyə çıxma qadağasının sosial böhrana çevrilməsinə görə ötən gecə postundan istefa verdiyini açıqlamış, lakin Prezident Rəcəb Tayyib Ərdoğan onun istefa ərizəsini qəbul etməmişdi.
Ədalət və İnkişaf Partiyasının Ərzurum millət vəkili İbrahim Aydəmir mövzu ilə bağlı Publika.az-a açıqlamasında bildirib ki, Türkiyə bu istefanı heç elan edilməmiş qəbul edir: "Ədalət və İnkişaf Partiyasında cənab prezidentin qənaəti bütün müzakirələrə nöqtə qoyur. Bu dəfə də elə oldu. Cənab Soylunun məsuliyyəti üzərinə götürmək üçün verdiyi açıqlama prezidentin "davam" qərarı ilə bitib".
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək