Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
Abşeron rayonunda müqəddəs Ramazan bayramında şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub.
azxeber.com Jxəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimasi Şuranın sədri və şəhid ailələri ilə birgə İkinci Fəxri Xiyabanda, o cümlədən Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında uyuyan qəhrəman oğullarımızın məzarlarını ziyarət edib, önlərinə tər çiçəklər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
Daha sonra şəhid ailələri və müharibə iştirakçıları ilə görüşən RİH başçısı onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, eyni zamanda Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və yerli özünüidarəetmə orqanlarının üvzləri tərəfindən rayonunun bütün kənd və qəsəbələrində I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarları ziyarət olunub, şəhid ailələrinə baş çəkilərək onların qayğıları ilə maraqlanılıb.













Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR