Şəhriyar "Chessable Masters"də növbəti qarşılaşmalarda iştirak edəcək
Bu gün "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsi olan "Chessable Masters" yarışında ilkin mərhələnin son oyunları keçiriləcək.
KONKRET.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov günün ilk görüşündə – 13-cü turda Cons Gevane (İngiltərə) ilə qarşılaşacaq.
Sonrakı iki turda David Guizarro (İspaniya) və Dinq Liren (Çin) ilə mübarizə aparacaq. Qeyd edək ki, şahmatçımız ötən turlarda 19 xal toplayaraq 16 şahmatçı arasında 5-ci pillədə qərarlaşıb.
Şahmatçılar ilkin mərhələdə dairəvi sistem üzrə yarışırlar. Yekun nəticədə, səkkiz ən güclü şahmatçı nokaut sistemi üzrə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanacaq.
Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi