Şəhriyar Məmmədyarov yarımfinala məğlubiyyətlə başladı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün ilk yarımfinal görüşlərini keçirib.
Publika.az xəbər verir kli, 36 yaşlı qrossmeyster bu raundda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Mübarizəyə qara fiqurlarla başlayan Məmmədyarov ilk partiyada uduzsa da, növbəti görüşdə ağ fiqurlarla qələbə qazanıb. Son 2 partiyada da rəqibinə təslim olan Məmmədyarov yarımfinal mərhələsinə uğursuz start verib.
1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə yarımfiinala heç-heçə ilə başlayıb. Dünya çempionu Ermənistan şahmatçısı Levon Aronyanla 2:2 hesablı sülhə razılaşıb.
Yarımfinalın digər görüşləri bu gün keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
Çempionlar Turu: "New In Chess"
Yarımfinalın ilk günündə qeydə alınan nəticələr
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ) - 1:3 (0:1; 1:0; 0:1; 0:1)
Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan) - 2:2 (0,5:0,5; 0,5:0,5; 1:0; 0:1)
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq