Səidə ilə anası arasında nə baş verir?
Müğənni Səidə Dadaşovanın son günlər efirlərdə verdiyi açıqlamalar diqqət çəkib.
Open.az xəbər verir ki, sənətçinin anası ilə bağlı dedikləri müzakirələrə səbəb olub. Səidə bir neçə gün əvvəl atası, mərhum Xalq artisti Rafael Dadaşovun bir kişi kimi xoşbəxt olmadığını söyləyib. Ardından isə "Həm anamı, həm atamı itirdim" ifadələrini işlədib.
"5/5" verilişinə qonaq olan Dadaşova bu dəfə də anası Sədaqət Dadaşova ilə bağlı aqresiv çıxışlar edib. O, atası ilə bağlı arxiv süjet nümayiş olunan zaman ağlayıb və anasını günahlandırıb:
"Çoxdan anasızlar sırasındayam. Mən anam ola-ola o, sıradayam. Mənim atam da, anam da atam olub. Adamı dünyaya gətirməklə deyil ki... Eləsi var ki, uşağı dünyaya gətirib, amma balasından xəbəri yoxdur. Onu böyüdən valideyn sayılıb. Məni boya-başa çatdıran, ayaqda saxlayan atamdır. Dünyaya gətirəni danmıram, amma... Anam var, danmıram, Allah canını sağ eləsin".
Studiyada olan digər qonaq qarmon ifaçısı Gülbahar Şükürlü onu qınayıb və "Sənin ananı tanıyırıq. Ona sual verməyin, danışma, lazım deyil" sözlərini deyib.
"Heç kimi danmıram. Hamının canı sağ olsun, özü üçün. Milyonların, qadınların sevimlisi olan atam xoşbəxt olmadı. Bir qadını o cür sevdi, amma tək qaldı. Onu sevmədi, istəmədilər. Onun qədrini bilmədilər. Atam ömrüboyu özünü ailəsinə həsr etdi. Ailəmiz dağılmadı, pərdə arxasındakıları bilmirsiz. Bu ailə dağılmamlıydı. Biri var dağıldı, biri də var dağıtdılar" deyərək, Səidə ağlayıb.
Qeyd edək ki, S.Dadaşovanın anası Sədaqət aktrisadır və Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. O, bir neçə il əvvəl Türkiyədə evlənmə verilişinə qatılaraq gündəmə gəlmişdi. (Axşam.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq