Şəmkir sakini oğlunun toyundakı dini mahnıya görə həbs edilib?

Şəmkir sakini oğlunun toyundakı dini mahnıya görə həbs edilib?Sosial şəbəkələrdə Şəmkir sakini Ramid Səfərlinin oğlunun kiçik toyu zamanı dini mahnı səsləndirdiyi üçün həbs oldunuğuna dair iddialar yayılıb.
KONKRET.az xəbər verir ki, qeyd olunub ki, R.Səfərliyə buna görə 20 sutka, eyni zamanda toy mərasiminin keçirildiyi "Qoşa Çinar" şadlıq sarayının rəhbərinə isə 10 sutka inzibati həbs cəzası verilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu ilə əlaqə saxladıq. Qrupun baş inspektoru Eşqin Qasımov "qafqazinfo"ya bildirdi ki, iddialar həqiqətə uyğun deyil:
 "İyulun 14-də Ramid Səfərli telefon vasitəsilə övladına sünnət edən şəxslə danışan zamanı yüksək səslə nalayiq ifadələr işlədib və bu ətrafdakı insanların haqlı narazılığına səbəb olub. Ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq irad bildirən zaman o, hüquqazidd hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Bundan başqa rayonun digər sakini Qulu Quliyev isə digər bir şəxslə mübahisə edən zaman  ətrafda olan insanlara məhəl qoymayaraq nalayiq ifadələr işlədib. Bununla bağlı polis əməkdaşı yaxınlaşaraq onu intizama dəvət etsə də, o polisin qanuni tələblərinə tabe olmayıb.
Hər iki şəxs haqqında İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə hər iki şəxs törətdikləri inzibati xətanı etiraf edərək səmimi peşmanlıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Ramid Səfərli 20, Qulu Quliyev isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib".
"Əfsuslar olsun ki bəzi şəxslər heç bir əsas olmadan bu hadisəni bir neçə gün əvvəl keçirilən kiçik toy mərasimi ilə əlaqələndirməyə çalışır. Qeyd etmək istəyirəm ki, Azərbaycanda yaşayan hər kəs ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimləri yerinə yetirməkdə sərbəstdir", – DİN rəsmisi əlavə edib.

Hadisə       Tarix: 17 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri dunyada son xeberler son xeberler bu gun cebheden xeber