Sən və ailən barədə elə fakt açıqlayacam ki... - Sarkisyan Paşinyana 24 saat VAXT VERDİ

Sən və ailən barədə elə fakt açıqlayacam ki... - Sarkisyan Paşinyana 24 saat VAXT VERDİErmənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində misli görünməmiş dərəcədə sərt, gərgin kampaniya gedir. Tərəflər kampaniya başlayan kimi bir-birlərinin ünvanına təhqirlər yağdırmaqdadırlar. Tərəflər dedikdə isə burada əsasən baş nazir Nikol Paşinyanla keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan nəzərdə tutulur. Hərçənd seçkilərə onlarla partiya və blok qatılıb, Sarkisyanın özü isə seçki siyahısında yer almır, o, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın kampaniyasına (Sarkisyan və Vanetsyanın partiyaları bir blokda birləşib) dəstək verir.
Sən və ailən barədə elə fakt açıqlayacam ki... - Sarkisyan Paşinyana 24 saat VAXT VERDİReytinqinin sürətlə aşağı düşdüyünü, hakimiyyət strukturlarında çalışanların ondan sürətlə üz döndərdiyini görən Paşinyan əsasən keçmiş prezidentləri sərt təhqir və tənqid yağışına tutur. Ötən gün o, Serj Sarkisyanın Monte Karlo kazinosunda milyonlarla dollar uduzması haqda məsələni növbəti dəfə yada salıb. Cavab olaraq Serj Sarkisyan ona sübut təqdim etmək üçün 24 saat vaxt verib.
Sarkisyan deyib ki, "kazino" və "qumarbaz" yarlıqları hələ onun prezidentlik dövründə dövrədədir. "Mən o vaxt cavab vermirdim, çünki prezident idim. Təhlükəsizlik xidməti mənə tabe idi və opponentlərim deyərdi ki, biz faktları gizlədirik və s. Lakin Paşinyan çox uzağa getdi. İndi mən sizin qarşınızda bəyan edirəm: 24 saat vaxt verirəm. O, ya faktları təqdim etməlidir, ya da mən onun və ailəsinin haqqında elə faktlar açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək. Faktları təqdim etməsə ona divan tutacam",-Sarkisyan seçicilər qarşısında çıxışı zamanı deyib.
Sən və ailən barədə elə fakt açıqlayacam ki... - Sarkisyan Paşinyana 24 saat VAXT VERDİPaşinyan ötən gün Sarkisyana həm də "sutenyor" və "insan alverçisi" demişdi. Bu, Səakisyanın Paşinyana oğlu Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyişdirmək təklifinə cavab olaraq deyilmişdi. Paşinyan bildirmişdi ki, oğlunu Azərbaycanda saxlanılan erməni əsgərlərinə dəyişməyə hazırdır, amma bu işlə bağlı danışıq aparmaq səlahiyyətini Sərkisyanla Köçəryana verir. Çünki onlar adam alveri işində püxtələşiblər, üstəlik Sarkisyan uzun illərin "sutenyorudur".
"Sutenyor" söhbətinə Sarkisyanın cavabı hələ məlum olmasa da müttəfiqi Vanetsyan özünün Facebook səhifəsində Paşinyanı təhqir edib. "Qulaq as, dezertir, sən kimsən axı müharibəni udmuş Qarabağ qəhrəmanının, prezidentin adını təhrif olunmuş formada çəkirsən? Mən səninlə işləmişəm, indi isə Serj Sarkisyanla işləyirəm. Və məndə belə təəsürat yaranıb ki, sanki mal tövləsindən akademiyaya düşmüşəm. Sən miskin kapitulyant. Öz günahlarında o qədər boğulursan, o qədər piy əritmisən və tər tökmüsən ki, hər yerdə iy verirsən. Get, sadəcə olaraq qaç. Bu, mənim sənə sonuncu dost məsləhətimdir",-Vanetsyan bildirib.
Bəzi təhlilçilərə görə, Ermənistanda bu cür gərgin siyasi mühit seçkilərin nəticələrinin necə olmasından asılı olaraq vətəndaş müharibəsinə də gətirib çıxara bilər. (Virtualaz.org) /publika.az

Dünya       Tarix: 09 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri axsam az xeberler cəbhədən son xeber son xeberler azerbaycan