Sənan Abdullayevə vəzifə verildi
Peşəkar Futbol Liqasında (PFL) yeni təyinat olub.
KONKRET.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib.
Tanınmış jurnalist Sənan Abdullayev Peşəkar Futbol Liqasının yeni media və marketinq direktoru təyin olunub.
2005-ci ildə "Futbol+" qəzetində jurnalist kimi fəaliyyətə başlayan S. Abdullayev 2007-ci ildən "Xəzər TV"-də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin "Ən yaxşı idman jurnalisti" adına layiq görülmüş Abdullayev 2020-ci il iyulun 22-də Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması barədə sərəncamları çərçivəsində "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, buna qədər PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov texniki-idman direktoru, Zaur Hacı-Məhərrəmov isə icraçı-direktor təyin olunub.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi