Sənədsiz evlərə qadağa bahalaşma yaratdı - Belə getsə, Bakıda yaşamaq mümkünsüz olacaq

Sənədsiz evlərə qadağa bahalaşma yaratdı - Belə getsə, Bakıda yaşamaq mümkünsüz olacaq "Bu qərar tikinti məhsulları bazarına da təsirsiz ötüşməyəcək"
Bakıda fərdi yaşayış evlərinin qiyməti yenidən bahalaşıb. Ekspertlərin bildirdiyinə görə, bu artım ötən ay qanuna edilmiş müvafiq dəyişikliklə əlaqədardır. Dəyişiklik səbəbindən çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Ona görə də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.
Qeyd edək ki, son illər paytaxtda mənzillərin qiymətində ciddi artım baş verib. Statistik göstəricilərə əsasən, təkcə son üç ildə mənzillərin qiymətində 50 faizlik artım müşahidə olunur. Ekspertlər qiymət artımını əmlakın etibarlı sərmayə növü olması, Rusiyadan, Ukraynadan və digər dövlətlərdən Azərbaycana üz tutanların sayının çoxluğu, azərbaycanlı miqrantların ölkəyə qayıtması və Bakıda əmlak sahibi olmağa meyllənməsi və digər amillərlə əlaqələndirirlər. Eyni zamanda, mövsümi amillər, bölgələrdə işsizliyin hökm sürməsi və əhalinin kütləvi şəkildə Bakıya üz tutması da qiymət artımlarına təsirsiz ötüşmür.
Bahalaşma təkcə daşınmaz əmlakın satışı zamanı deyil, kirayə qiymətlərində də özünü göstərir. Açıqlamalara görə, kirayə bazarında da son bir neçə il ərzində təxminən 50 faiz artım qeydə alınıb. Bahalaşma şəhərin mərkəzi hissəsi ilə yanaşı, kənar ərazilərində də müşahidə edilir. Ekspertlər çıxış yolu olaraq universitetlərin paytaxtdan kənara və regionlara köçürülməsini, müasir tələbə yataqxanalarının istifadəyə verilməsini təklif etsələr də, bu, baş vermir.
Sənədsiz evlərə qadağa bahalaşma yaratdı - Belə getsə, Bakıda yaşamaq mümkünsüz olacaqAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, əmlak eksperti Vüqar Oruc AYNA-ya açıqlamasında bildirib ki, qanuna edilən dəyişikliklər tikinti məhsulları bazarına da təsirsiz ötüşməyəcək: "İnşaat bazarını situmullaşıran əsas amillərdən biri torpaq sahələrində inşa olunan fərdi yaşayış evlərinin sayının çox olması ilə əlaqədar idi. Oktyabrın 1-dən etibarən qanuna edilmiş müvafiq dəyişikliyə əsasən, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu o deməkdir ki, artıq belə evlərdə yaşayan əhali kommunal xidmətlərdən istifadə edə bilməyəcək. Bakıda və Abşeronda isə çıxarışı olmayan fərdi yaşayış evlərinin sayı çoxdur. Bu isə öz növbəsində ciddi problemlərə yol açacaq. Çıxarışı olan torpaqların və fərdi yaşayış evlərinin qiymətləri isə artacaq. Bu, bir tərəfdən həyət evləri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edirsə, digər tərəfdən xeyli sayda vətəndaşın, əsasən də aztəminatlı ailələrin ciddi problemlərlə üzləşməsinə gətirib çıxarır" – AQC sədri vurğulayıb.
Əlavə edib ki, daşınmaz əmlak bazarında ucuzlaşmadan söhbət gedə bilməz: "Bahalaşmanı doğuran səbəblər hələ də öz aktuallığını qoruyub saxlayır. Daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olması, Rusiyada və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların, habelə imkanı olan ölkə vətəndaşlarının bir neçə mənzilə sahiblənməsi, həmin mənzilləri kirayəyə verməsi qiymət artımları ilə yanaşı, kirayə bazarında bahalaşmaya səbəb olub. Eyni zamanda, Azərbaycana üz tutan xarici ölkə vətəndaşları da Bakıda daşınmaz əmlaka sahib olurlar və bu, kütləvi xarakter daşıyır. Hansı ki, paytaxdakı əcnəbilər buna qədər daha çox kirayələrdə yaşamağa üstünlük verirdilər. Regionlardan da paytaxta axını nəzərə alsaq, yaxın gələcəkdə qiymət artımlarının davam edəcəyini proqnozlaşdırmaq olar" – V.Oruc əlavə edib.
Sənədsiz evlərə qadağa bahalaşma yaratdı - Belə getsə, Bakıda yaşamaq mümkünsüz olacaqDaşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin AYNA-ya dediyinə görə, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsinin qadağan olunması ilə bağlı qanuna edilən dəyişiklikdən sonra çıxarışlı torpaqların və mənzillərin qiyməti artacaq: "Artıq bu, baş verib və bundan sonra da davam edəcək. Bu gün Bakıda və Abşeronda çıxarışı olan torpaq sahələrinin sayı azdır. Əksər torpaq sahələrinin bələdiyyə sənədi və və SSRİ dövründən qalan kolxoz və sovxozlardan verilən payçı sənədləri mövcuddur. İndiyə qədər ən ucuz evlər də məhz çıxarışı olmayan evlər idi. Qiymətlər münasib olduğuna görə aztəminatlı əhali üçün əlçatan idi. Təbii ki, qanuna edilən son dəyişiklikdən sonra bu evləri alan olmayacaq. Qanuna edilən bu dəyişiklik öz növbəsində inşaat bazarına da təsirsiz ötüşməyəcək. İşıq, qaz və suyu olmayan evlərdə heç kim yaşamaq istəməyəcək".
Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında bahalaşma alıcılıq qabiliyyətini ciddi şəkildə azaldır: "Yeni inşa edilmiş binalarda daha çox qiymət artımları baş verir. Əsas səbəb tikinti materiallarının bahalaşması, çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin kəskin azalması və qiymət artımlarıdır. Eləcə də köhnə 9 mərtəbəli və istismar müddətini bitirmiş 2-5 mərtəbəli binalarda da çox ciddi şəkildə bahalaşmaya məruz qaldı. Buna səbəb həmin binaların pilot layihələr çərçivəsində sökülməsi, sosial şəbəkələrdə və KİV-lərdə bu barədə yayılmış məlumatlardır. Hazırda qiymət artımları nisbətən səngisə də, ciddi qiymət enmələri gözlənilmir" – deyə, Fərzəliyev fikrini tamamlayıb. / azxeber.com

Sosial       Tarix: 05 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xeber cəbhədən son xəbər dunya xeberleri