Sənətçilərin bayramı: Biri "əvvəlki sevinc hissi ilə keçirmirəm" deyir, digəri bahalıqdan şikayətlənir - FOTO

Sənətçilərin bayramı: Biri Sənətçilərin bayramı: Biri "əvvəlki sevinc hissi ilə keçirmirəm" deyir, digəri bahalıqdan şikayətlənir - FOTO
Bu gün Novruz bayramıdır. Hər kəs bu günü özünəməxsus şəkildə bayram süfrəsi açıb. Lakin insanlar Novruz süfrəsini açmaq üçün əvvəlcədən hazırlıq işləri aparıblar. Bazarlara da daha öncədən üz tutmaq məcburiyyətində qalıblar. Bir qisim şəxs bahalaşma səbəbindən bayram bazarlığını etmədiklərini, hətta ötən illərə nisbətən daha az alış-veriş edəcəklərini söyləyirlər.
Bəs görəsən, bahalaşma azərbaycanlı sənət adamlarına necə təsir göstərib?
Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.
Aktyor Allahverdi Yolçuyev bayrama yaxın qiymətlərin bahalaşmasından şikayətlənib:
Sənətçilərin bayramı: Biri "Digər ölkələrdə bayramdan öncə qiymətlərdə endirimlər olur. Bizdə isə əksinə olur. Yazılmayan adətə çevrilib. Bayram qurtarsa da, qiymətlər aşağı düşmür. Camaatın cibini nəzərə almırlar. Novruz müqəddəs, gözəl bayramdır. Hər şey bahadır. Dükanda normal qiymətə nə isə almaq mümkün deyil. 5 qəpik maaş artırsa, ərzaq 15 qəpik artır. Qoz, yağ, un bahadır. Ötən illərə nisbətən ciddi bahalaşma müşahidə olunur".
A.Yolçuyev sonda bayramı əvvəlki sevinc hissi ilə keçirmədiyini qeyd edib:
"Hələ bayram bazarlığı etməmişəm. Bir qazan xörək bişirib, qeyd etmək olar. Biri var sevinclə keçirəsən, biri də var ki, məcburi. Əvvəlki sevinc hissi də yoxdur. Ümidlə yaşayırıq. İnşallah ucuzlaşar".
Xalq artisti Firəngiz Mütəllimova hər zaman sadə süfrə açdığını söyləyib:
Sənətçilərin bayramı: Biri "Dünyanın hər yerində bahalaşma var. Təmtəraqlı süfrə açmamışıq. Hər zaman sadə qeyd etmişik. Bayram aşımızı bişirib, xonçamızı qurmuşuq. Bədxərclik etməmişik".
F.Mütəllimova əvvəlki illərə nisbətən bu il bahalaşma olduğunu əlavə edib:
"Əvvəlki illərə nisbətən bu il bahalaşma var. Biz əsas İlaxır çərşənbəni qeyd edirik. Şuşada da edirdik. Ən çox əyləncə tonqal qalamaq, papaq atmaq idi. Novruz deyəndə o günlər yadıma düşür. Onlar xatirimdə qalıb. Mütləq plov bişirirdik".
Müğənni Roza Zərgərli artıq hazırlıq işlərinə başladığını bildirib:
Sənətçilərin bayramı: Biri "Hər il olduğu kimi bu il də Novruza hazırlaşıram. Təəssüf ki, ailəmin yanında ola bilməyəcəyəm. Qastrol səfərlərim var. Lakin bayrama hazırlıq gedir. Hər il səmənini də özüm cücərdirəm. Heç vaxt almıram. Evimdə ola bilməyəcəyəm. Valideynlərim, övladlarım bir yerdə olacaqlar. Mən Vyana, Praqa və Budapeştdə olacağam. Konsertlərim var".
Müğənni Elnarə Xəlilova bayram bazarlığı etməyə zamanının olmadığını əlavə edib:
Sənətçilərin bayramı: Biri "Hələ bayram bazarlığı etməyə vaxtımız olmayıb. Bayramlarda məlum məsələdir, biz sənət adamları tədbirlərdə çıxış edirik. Böyük ehtimalla bayram bazarlığını martın 18-də edərik. Yəqin ki, hamıda necə, bizdə də elə olacaq. 6 nəfərin bayramını keçirməyə yetən qədər olsa, bəs edər. Bizim çoxlu xeyriyyə tədbirimiz də var. Əsas gücü o tədbirlərin bayram bazarlığına verməyini düşünürük".
Müğənni Mətanət Əsədova qeyd edib ki, indi hər şey od qiymətinədir:
Sənətçilərin bayramı: Biri "İndi hər şey çox bahadır. Bir tək onu deyə bilərəm. Ötən illərə nisbətən hər şey od qiymətinədir. Bayram bazarlığı etmişəm. Əvvəl necə idisə, indi də o şəkildə hazırlıq işləri gedir".
Nəzrin Vahid

Şou Biznes       Tarix: 20 mart 2023
f Paylaş

Oxşar xəbərlər

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber cəbhədən video krimnal xeber butun xeberler