Şenol Günəş: "Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik"
"Bakıda Azərbaycanı və özümüzü təmsil edəcəyik. Onlar ev sahibidirlər".
Open.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO 2020 ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
"Ay ulduzlular" Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alacaqlar. 67 yaşlı mütəxəssisin sözlərinə görə, turnirin açılış matçının İtaliya və Türkiyə arasında olması onlar üçün böyük şansdır: "Ölkəmizin tanıtımı üçün çox önəmlidir. Bakıya, sonra Romaya gedib təlim-məşq toplanışı üçün yerlər seçəcəyik. İki həlledici oyunumuz var. İtaliya ayrı bir matçdır – udarıq, ya uduzarıq. 2002-ci ildə ilk matçımızı Braziliyaya qarşı keçirmişdik. Hər halda bunu düzüb-qoşurlar. Digər iki matçda hər şey dəyişə bilər. Onsuz da 6 xal qazanan qrupdan çıxır. Hədəfimiz final oynamaqdır. Üzərimizə böyük iş düşür".
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb