Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydüSumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İş materiallarına görə, hadisə bu il Abşeron rayonu ərazisində saat 20:30 radələrində baş verib. Nağı Kərəmov qızı, zərərçəkmiş Maya Kərəmova (adı, soyadı şərtidir) ilə birlikdə yaşadığı ünvanda olarkən aralarında ailə-məişət zəminində mübahisə yaranıb.
Belə ki, qızı ona növbəti dəfə yeni ayaqqabı alması ilə bağlı irad bildirib. Bu məsələ ilə əlaqədar yaranan narazılıq mübahisəyə çevrilib.
Həmin vaxt əsəbiləşən ata qızının üzərinə hücum edib, hər iki əli ilə onun əllərindən tutaraq sıxıb və kənara itələyərək yerə yıxıb.
Nəticədə zərərçəkmiş şəxsin sağ əlinin V barmağının əsas falanqasının qapalı yerdəyişən sınığı, eləcə də geniş sahəli, ağrılı və şişkin qançır əmələ gəlib. Xəsarət sağ əlin hərəkətinin məhdudlaşması ilə müşayiət olunub.
Xəsarətlər Mayanın həyatı üçün təhlükəli olmayıb və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayıb. Bununla belə, xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına gətirib çıxardığından əməl sağlamlığa qəsdən az ağır zərər vurma kimi qiymətləndirilib.
Nağı Kərəmova Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hadisə       Tarix: 28 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 canli azerbaycan son xeber bugun kriminal bugun cəbhədən görüntülər