"Sentyabrın 5-də Bakı SİLKƏLƏNƏCƏK" - SENSASİON AÇIQLAMALAR

Xəbər verildiyi kimi, sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan – İsveç qarşılaşması baş tutacaq.
UEFA Millətlər Liqasında qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri artıq satışa çıxarılıb.
Bəs sentyabrın 5-də baş tutacaq qarşılaşmadan nə gözləyək?
KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, sualımıza cavab tapmaq məqsədilə tanınmış futbol şərhçisi Ceyhun Rzayevə müraciət etdik.
Şərhçi Musavat.com-a açıqlamasında İsveçin favorit olduğunu bildirdi:
"Lakin kağız üzərində. Amma biz doğma meydanda oynayırıq. Doğma meydanda oynayırıqsa, ən azı heç-heçə etməliyik. Qalib gəlsək, daha yaxşı olar. Portuqaliyalı mütəxəssis Fernandu Santuş milli komandaya yeni baş məşqçi təyin olunub. Onun millinin sükanı arxasında ilk oyunu olacaq. Məndə olan məlumata görə, Santuş "Qarabağ"ın istər UEFA Çempionlar Liqasında oyununa baxıb, istərsə də çempionatda "Kəpəz"ə qarşı oyunda stadionda olub.
"Qarabağ", onun oyun modeli, meydanda göstərdiyi futbol sistemi haqda çox yüksək fikirdədir. Ətrafına elə deyib. Ona görə böyük ehtimalla çalışacaq ki, millinin əsas heyətinin özəyini "Qarabağ"lı futbolçulardan qursun. Necə bir heyət quracağı mənə də maraqlıdır. Əvvəlki baş məşqçilərin istifadə etdiyi futbolçulara güvənəcək, yoxsa millidə yeni simanı görə biləcəyikmi? Gənclərə etimad göstərəcəkmi? Məsələn, "Sabah"ın 20 yaşlı futbolçusu Xəyal Əliyev bu mövsüm çox yaxşı oynayır – istər avrokubok oyunları, istər milli çempionat baxımından. Xəyalı milliyə cəlb edəcəkmi? Maraqla gözləyirik.
Ümid edirəm, məğlub olmayacağıq. Məğlubiyyət çox pis nəticədir. Çünki doğma meydanda, öz azarkeşlərimizin qarşısında oynayacağıq. Uduzmamalıyıq, uduzsaq, bu, çox zəif nəticə hesab olunacaq. Amma heç-heçə qənaətbəxş nəticə olacaq. Nəzərə alsaq ki, İsveç komandası yüksək səviyyəli bir komandadır. Qalib gəlsək, çox gözəl nəticə olar. Üstünlüyü o olacaq ki, milli komandaya inam yaranacaq, yeni mərhələyə başlayırıq. Digər üstünlük – 3 xalla başlayacağıq".
Qeyd edək ki, Azərbaycan – İsveç oyununun biletlərinin qiyməti sektorlara görə 3, 5 və 10 manat təşkil edir. VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır.
Biletlərin cibə uyğun təşkil olunması tribunalara azarkeş axınını təşkil edir. Belə olan halda millimizə yüksək dəstək qaçılmazdır. Bir sözlə, yüksək ruh üçün stimul olacaq.
Ceyhun Rzayev qeyd etdi ki, azarkeşin çox olması həmişə oyunçulara əlavə ruh yüksəkliyi verir:
"Doğma meydanda oynayan bir komanda üçün azarkeş dəstəyi çox böyük üstünlükdür".

İdman       Tarix: 13 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Millətlər Liqası: Türkiyə Belçikaya qarşı

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, I qrup. 21:00. Türkiyə – Belçika;. 23:45. İtaliy

Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi

Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadə

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

Braziliya 7:0 hesablı qələbə qazandı

Braziliya milli komandası yoldaşlıq görüşü keçirib. KONKRET.azxəbər verir ki, Karlo Ançelottinin rəhbərlik etdiyi yığma Sinqapurla üz-üzə gəlib. Cənubi amerikalılar bu görüşdə 7:0 hesablı qələbəyə sevinib. Oyunda Vinisiu

Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı

2026/2027 mövsümündə ən yüksək xalis əməkhaqqı alan türkiyəli futbolçuların siyahısı açıqlanıb. KONKRET.azxəbər verir ki, "Transfermarkt" platforması "Capology" şirkətinin əməkhaqqı ilə bağlı proqnozların

UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı

UEFA İntizam Komitəsinin Andorra – Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir. -a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbu

Onu "Qarabağ"dan transfer etmək istəyirdik, alınmadı

Ukraynanın "Polesye" klubunun baş məşqçi köməkçisi Sergey Kravçenko "Qarabağ"ın futbolçusu Aleksey Kaşuku transfer etmək istədiklərini təsdiqləyib. -a istinadla xəbər verir ki, o, 26 yaşlı yarımmüdafiəçini

"Mançester Yunayted" Maykl Karriki qovdu

"Mançester Yunayted" baş məşqçi Maykl Karriki istefaya göndərib. xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Klubun bununla bağlı bu gün açıqlama yayacağ

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək. xəbər verir ki, sözügedən araneda I Liqanın "Xankəndi" – "Karvan-Yevlax" oyunu baş tutacaq. VII turun qarşılaşmasın


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat xeberleri maliyye xeberler bugun krminal bu gun ən son xəbərlər