Serbiyalı nazir: 'SGC Cənubi və Cənub-Şərqi Avropada qaz kəmərlərinin birləşdirilməsinə təkan verib

Serbiyalı nazir: 'SGC Cənubi və Cənub-Şərqi Avropada qaz kəmərlərinin birləşdirilməsinə təkan verib"Cənubi Qaz Dəhlizi (SGC) layihəsi Avropa ölkələrinə qaz tədarükünü daha təhlükəsiz həyata keçirməklə yanaşı həm də Cənubi və Cənub-Şərqi Avropa ölkələrini Azərbaycan qazı ilə təchiz etmək üçün onların qaz kəmərlərinin interkonnektorlar vasitəsilə birləşdirilməsinə təkan verib". 
Bunu "Report"a müsahibəsində Serbiyanın baş nazir müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mihayloviç bildirib.
"SGC təbii qaz nəql edən ən mühüm sistemlərdən biri olaraq Azərbaycan qazını Avropa ölkələrinə tədarükünü həyata keçirməyə imkan yaradıb. Layihənin Məşvərət Şurasının qarşıdakı 8-ci iclasında Avropa İttifaqının yeni sənədləri baxımdan enerji dəyişikliyində təbii qazın rolu, habelə azkarbonlu iqtisadiyyata keçmək yolundakı mövcud maneələr müzakirə olunacaq. Məşvərət Şurası SGC layihəsini çoxtərəfli səviyyədə saxlayaraq həyata keçirilməsi üçün iştirakçı ölkələr arasında yaxından əməkdaşlığı nəzərdə tutan müvafiq üsullar tapıb", - deyə o, qeyd edib. 
Nazir hazırda Serbiyanı Bolqarıstan üzərindən SGC-yə qoşacaq qaz kəmərinin tikintisinin davam etdiyini də bildirib: "Bütövlükdə qonşuluqda olan bütün qaz kəmərlərinə qoşulmağı nəzərdə tuturuq. 
Təbii qaz zəngini olmayan ölkələrin enerji təhlükəsizliyini gücləndirmək baxımdan tədarük yollarının və mənbələrinin çaxələndirilməsi strateji zərurətdir. Serbiya da bu istiqamətdə hərtərəfli işlər görür. Belə ki, 2020-ci ildə "Balkan axını" kəmərinin istismara verilməsilə Serbiya və Macarıstana Bolqarıstan üzərindən tədarükə başlanıb". 
SGC Məşvərət Şurasının 8-ci iclası fevralın 4-də Bakıda keçiriləcək. Əvvəlki kimi bu dəfəki iclasda da SGC layihəsində iştirak edən SOCAR, BP, TPAO və sair şirkətlərin, habelə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Böyük Britaniya, ABŞ rəsmilərinin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Serbiya, Macarıstan, Rumıniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və başqa ölkələrin də iştirak edəcəyi istisna deyil. 

Siyasi       Tarix: 31 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat maşın realiti şou cəbhədən son xeber sonxeberler