Sergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏ

Sergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏSergey Markov: "Paşinyan qorxur ki, onu güllələyəcəklər" - MÜSAHİBƏ
ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşünün yekunları üzrə bəyanatla çıxış ediblər. Lakin gözləntilərə baxmayaraq, mətndə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması cədvəlinə dair heç bir söz yoxdur. ATƏT-in Minsk qrupu humanitar atəşkəs rejiminə əməl etməklə bağlı zəruri tədbirlər görməyə çağırıb. 
Həmsədrlərin danışıqlar yolu ilə həllə nail olmaq məqsədilə Dağlıq Qarabağda siyasi tənzimlənmə prosesinin əhəmiyyətli məsələləri üzrə tərəflərlə işlədiklərinə dair cümlə də yer alıb. 
Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov "Media.Az"a verdiyi şərhdə bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağlıq halları yoxdur və onların bəyanatı böyük ölçüdə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təşəbbüs göstərilib:
"Fransa və ABŞ Qarabağ probleminin həllində az köməklik göstərirlər, lakin Allaha şükür çox da mane olmurlar. Vasitəçi böyük rol oynayan Rusiya ola bilər".
- Humanitar məqsədlə atəşkəs haqqında razılaşmalara baxmayaraq, atəş səsləri eşidilir...
- Burada qeyri-sabit tarazlıq var, bunu belə adlandırardım. Aydındır ki, hərbi üstünlük Azərbaycanın tərəfindədir. Ermənistanda isə öz əks-hücumlarına inanırlar. Ona görə hazırda vəziyyət məhz döyüş meydanında müəyyən edilir. Siyasi intriqa da var. Başa düşdüyümüz qədərilə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın təkid etdiyi üzrə Ermənistan silahlı qüvvələrinin ən qısa müddətə çıxarılması və Qarabağ ətrafındakı rayonların təhvil verilməsinə başlamağa dair razılaşmaları imzalamağa meyillənir. Bütün bunlar "Madrid prinsiplərinin" və "Kazan formulasının" əsasında yer alır. Lakin Paşinyan qorxur ki, belə olan halda onu devirəcəklər və ya hətta güllələyəcəklər. Ona Rusiyadan müdafiə təminatları lazımdır. Amma onu qorumaq Rusiyanın nəyinə lazımdır? Nikol Paşinyan Qərbyönümlü, Amerikayönümlü, Rusiyanın düşməni hesab edilir. Odur ki, onu devirsələr, deməli elə də olmalıdır. İndi Moskva və Paşinyan arasında hansısa qapalı danışıqlar baş verə bilər. Bir daha təkrar edirəm: Paşinyan təminatlar istəyir, Moskva ona bunları verməyə hazır deyil. Buna görə də döyüş meydanı kimin qalib gələcəyini bütünlüklə təsdiq etməlidir.
- Axı bir daha qeyd edim ki, formal atəşkəs bağlanıb...
- O, humanitar xarakter daşıyır və sizin doğru olaraq dediyiniz kimi daha çox formaldır. Tərəflər ondan dincəlmək, yenidən qruplaşmaq üçün istifadə edirlər.
- Bəs Türkiyənin rolu barədə nə deyə bilərsiniz? Ermənistanın XİN başçısı onu mənfi adlandırır, Rusiyanın Xarici İşlər naziri isə Ankara ilə məsləhətləşmələrdən və onun Moskva razılaşmalarına dəstək verməsindən danışır. 
- Mənə elə gəlir ki, Türkiyənin rolu Azərbaycanın mövqeyini gücləndirməkdən ibarətdir. Və daha bir mühüm məqam Ankara və boru kəmərləridir (Azərbaycandan Gürcüstana və Türkiyəyə gedən – red.). Ermənistan hazırda neft və qaz kəmərlərinə zərbələr endirmir, çünki Türkiyənin reaksiyasından qorxur. /oxu.az

Siyasi       Tarix: 14 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber hava haqqinda maraqlı xəbərlər xabarlar