Sərhədlərimizdə yeni 'oyun': Laçında baş verənlər nəyə işarədir?

Sərhədlərimizdə yeni 'oyun': Laçında baş verənlər nəyə işarədir?Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)  Ermənistanın "humanitar yük" adı ilə konvoylar göndərməsinin Azərbaycanın ərazi bütövlüyünə qəsd olduğunu açıqlayıb.
Bildirilib ki, "Laçın" sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə "humanitar yük" adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, "Laçın" sərhəd-buraxılış məntəqəsinə qarşı növbəti təxribatdır.
Bəs, Ermənistan "Laçın" sərhəd-buraxılış məntəqəsinə qarşı təxribat törətməklə nəyə nail olmağa çalışır?
Sərhədlərimizdə yeni 'oyun': Laçında baş verənlər nəyə işarədir?Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Anar İsgəndərov Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini qorumaq üçün hər şeyə hazır olduğunu bildirib:
"Ermənilər 44 günlük müharibədə darmadağın edildi. Erməni xislətini tanıyanlar bilirlər ki, erməni təslim olmayacaq. Göz yaşını tökəcək, dünyanı köməyə çağıracaq. Dünyanın ədalətli dövlətləri bu göz yaşlarına fikir verməyəcək, ancaq eyni düşüncədə olanlar erməni lobbisinə aldanaraq, onu müdafiə edəcək. Ermənistan  dövlət səviyyəsində bəyan edir ki, Qarabağ Azərbaycan torpağıdır. Qarabağ Azərbaycan torpağıdırsa, orda yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Onların qayğısına qalan da Azərbaycan dövləti olmalıdır. Azərbaycanda kimlər yaşayırsa, qanun qarşısında bərabərdir. 
Azərbaycan təklif irəli sürür, əgər sən doğrusansa, niyə Qarabağa yardımın Ağdamdan gəlməsi ilə razılaşmırsan? Tarix boyu Xankəndinə gedən yol Ağdamdan olub. Bu yolu hamı bilir. Azərbaycanlı da  bilir, erməni də, sülhməramlı da bilir".
Millət vəkili hesab edir ki, Ermənistan guya Qarabağdakı ermənilərin humanitar fəlakət yaşadığını dünyaya yaymaq üçün israr edir:
"Laçın sərhəd-buraxlış məntəqəsinə gəlib, yığışıblar. Yığışsınlar, heç kimin onlardan qorxusu yoxdur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komadanın rəhbərliyi ilə xalqın, ordunun nəyə qadir olduğunu hamı bilir. Erməni yalandan hay-küy qaldırırsa, qaldırsın. Kimə yalvarırsa, yalvarsın. Azərbaycan erməni xislətinə çoxdan bələddir. Dövlət başçısının dediyi kimi  Ermənistan bizimlə qonşuluq münasibətləri yaratmağa məcburdur. Qarabağda yaşayanlar bizim vətəndaşlarımızdır. Lakin onlar separtaçı mövqeydə çıxış edilərsə, Azərbaycan qanunlarını qəbul etmək istəmirlərsə, o zaman biz onlarla hüququn, ədalətin dili ilə danışacağıq. Qarabağdakı ermənilər guya humanitar fəlakət yaşayır. Əgər humanitar fəlakət varsa, niyə Ağdam yolundan gəlmirsiniz? Deməli hamısı yalandır, böhtandır. Sadəcə olaraq bölgədəki vəziyyəti qızışdırmaq istəyirlər. Ancaq onlar istəklərinə nail olmayacaqlar, bölgədəki vəziyyəti Azərbaycan diktə edir".
Şəbnəm Zahir

Siyasi       Tarix: 27 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə ən son xəbərlər bugün hava son.xabar