Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi
"Cathey Pasific" aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
KONKRET.az xəbər verir ki, bu haqda Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan, "Airbus A350" təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.
Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.
Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.
Turlar.az [newsid: 0-123300]

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Tural Əlizadəyə vəzifə verildi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Polad Həşimovun anasının səhhəti ilə bağlı son vəziyyət açıqlandı
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib - FOTO
Bu cərimələr 150 faiz artırılır
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
Embawood'un anbarından meyit tapıldı
Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib