Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - Araşdırma

Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - AraşdırmaŞərq əlbəyaxa döyüç növlərində ustalıq və təcrübə kəmərlərin rəngi ilə müəyyən edilir. İdmançıların geyimini nizama salan kəmərlərin rəngləri, eyni zamanda ustalığın simvoludur. Bəs bu simvollar necə müəyyən edilir və kəmərlərin rəngi necə dəyişir. Məsələ bundadır ki, məşqlərə başlayan hər bir idmançı  kəmər taxmalıdır. Uzun müddətli məşqlərdən sonra isə kəmərlər rənglərini dəyişir. Bu kəmərlər ağır məşqlər nəticəsində kirdən, tərdən, qandan fərqli rəng alırlar.  Kəmər sistemi bu gün də motivasiyanı saxlamaq və tərəqqiyə nail olmaq  üçün istifadə olunur.
Ənənəvi karatedə rənglər nə deməkdir?
Rəng məşqin intensivliyini nümayiş etdirir və daha çox məşq səviyyənin artması deməkdir.  Bəzi döyüş sənətlərində hər rəngin özünün  xüsusi simvolu var. Məsələn, uşuda kəmərlərin rəngləri təbii  elementləri təmsil edir. Ağ kəmər metalı, sarı kəmər torpağı, qırmızı kəmər atəşi, yaşıl kəmər  ağacı, mavi kəmər isə suyu simvolizə edir. İlk beş kəmər "Panda" səviyyəsinə aiddir. Sonra daha yüksək bacarıq dərəcələri – "Qartal", "Pələng" və "Əjdaha" gəlir.
Karatedə kəmər sistemi.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - AraşdırmaBu idman növündə ağ kəmər  dərhal verilir və idmançının mükəmməllik  yoluna qədəm qoymasını bildirir. Ağ həm də saflığın simvollaşdırır.
Sarı kəmər.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - AraşdırmaDöyüş sənətinin əsas prinsiplərini mənimsədikdən sonra idmançıya verilən kəmərdir.  Sarı günəşin metaforasıdır, təhsilin sonrakı mərhələlərini keçmək ümidini təcəssüm etdirir.
Narıncı kəmər.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - AraşdırmaSarıdan sonra növbəti mərhələ hesab olunur. Narıncı rəng həm də  günəşin artan gücünü göstərir. Bacarıqların inkişafını əks etdirir.
Yaşıl kəmər.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - AraşdırmaAğacın kök salması kimi bünövrələrin köklənməsi deməkdir. Bu mərhələdə şagird artıq əsasları öyrənib və daha bacarıqlı döyüş üçün yeni üsullara yiyələnir. Yaşıl ara rəngdir, isti və soyuq rənglər arasındadır.
Qırmızı kəmər.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - AraşdırmaBir döyüşçünün malik olduğu müxtəlif texnikaları nümayiş etdirir.
Mavi kəmər.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - AraşdırmaBu o deməkdir ki, idmançı çalışqanlığı ilə seçilir, şüuruna və döyüş texnikasına nəzarət edir.
Qəhvəyi kəmər.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - AraşdırmaRəng torpağın, gücün və sərtliyin simvoludur. Bu o deməkdir ki, karateçi güclü bədənə, aydın və parlaq düşüncəyə malikdir.
Qara kəmər.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - Araşdırmaİdmançının döyüş texnikasını uğurla mənimsədiyini və usta olduğunu təsdiqləyir. İndi o, digər döyüşçüləri yetişdirə və əldə etdiyi bilikləri paylaşa bilər. O, həm də hikmət və bilik nümunəsidir.
Kəmərlərin əldə edilməsi sistemi müxtəlif cürdür. Lakin mahiyyət eynidır.
Bunun üçün əvvəlcə ciu-citsu döyüş növündəki qiymətləndirməyə nəzər salaq.
Ağ kəmər.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - Araşdırmaİdmançı məşqə başlayan kimi ona ağ kəmər verilir. Adətən ağdan boz kəmərə keçid 2-3 il çəkir. Başqa bir döyüş sənətində güclü hazırlığı olan şəxs ciu-citsu ilə məşğul olmağa başlasa belə, ona yenə də ağ kəmər verilir.
Boz kəmər.
Şərq əlbəyaxa döyüş növlərinin incəlikləri - Kəmərlər hansı kateqoriyalar üzrə verilir? - AraşdırmaBu Braziliya ciu-citsunda birinci kateqoriyadır. 4-15 yaş arası uşaqlar boz kəmər qazana bilərlər. Bir uşaq sarı kəmər qazanmazdan əvvəl boz-qara kəməri də əldə edə bilər.
Sarı kəmər.
Sarı kəmərlər 7-15 yaş arasında qazanılır. Narıncı  kəmər əldə etməzdən əvvəl, sarı  kəmər sarı-qara kəmərə yüksəldilə bilər.
Narıncı kəmər.
10-15 yaşlı uşaqlar narıncı kəmər əldə edə bilər. İdmançı həmçinin yaşıl kəmər qazanmazdan   əvvəl narıncı-qara kəmərə yüksələ bilər.
Yaşıl kəmər.
Braziliya ciu-citsu kəmər sistemində sonuncu gənclər kəməridir. 13-15 yaşlarında qəbul edilir.
Mavi kəmər.
Bu kəməri 16 və daha yuxarı yaşda olan praktikantlara verilir. Döyüş növünün  əsaslarını bilmələrini tələb edən dərəcədir. Adətən bu səviyyəyə çatmaq üçün 2 ilə qədər vaxt keçir.
Bənövşəyi kəmər.
16 yaşından etibarən əldə etmək olar. Beynəlxalq  Ciu-Citsu Federasiyası praktikantlara bənövşəyi kəmərə yiyələnməzdən  əvvəl ən azı iki il mavi kəmər taxmağı tövsiyə edir.
Qəhvəyi kəmər.
Qəhvəyi kəmər qara kəmərdən əvvəlki son rəngli kəmərdir. Ağ kəmərdən qəhvəyi kəmərə keçmək üçün ən azı 5-6 il  ardıcıl məşq tələb olunur.
Qara kəmər.
Onu uzun illər ciu-citsu ilə məşğul olan və yüksək texniki bacarıqlara malik  şəxs əldə edə bilər. Qara kəmər yalnız 19 yaşına çatmış şəxslərə verilir. Qara kəmərdən sonra da idmançı  dərəcə ala bilər. Burada qara kəmər üzrə dərəcələr mövcuddur və idmançı  doqquzuncu dərəcəyə qədər imtahan verə bilər.
Qara kəmərdən sonra mərcan kəmərlər gəlir. Bunlara daha yüksək səviyyəli karateçilər layiq görülür.
Əgər idmançı 19 yaşında qara kəmər qazanırsa, onun əldə edə biləcəyi son titul 67 yaşında qazanacağı  doqquzuncu dərəcəli qırmızı kəmərdir. Braziliya ciu-citsusunda qırmızı kəmər sahiblərinə qrossmeyster titulu ilə müraciət edirlər. Qırmızı kəmər yalnız Braziliya Ciu-Citsunun qabaqcıllarına və Qreysi qardaşlarına verilib.
Kəmər sistemi zolaqlarla tamamlanır. Çox vaxt adi tibbi gips zolaqlar şəklində sarılır. Onlar tərəqqini izləməyə və motivasiyanı bir kəmər daxilində saxlamağa kömək edir. 4 zolaq yığıldıqda, bu, idmançının növbəti kəmərə keçməyə hazır olduğunu bildirir.
Kəmərlərin verilməsində qiymətləndirmə sistemləri mövcuddur. Bunu  qarışıq döyüş növləri üzrə beynəlxalq federasiya həyata keçirir. Bu qiymətləndirmə sistemində gənclər üçün altı əsas kəmər var. Bunlar  narıncı, yaşıl, mavi, bənövşəyi, qəhvəyi və qara kəmərlərdir. Hər bir kateqoriyada  növbəti birinə keçmək üçün ən azı bir il məşq edilməlidir. Federasiya uşaqların dərslərə 6-7 yaşından başlamasını təklif edir. Mütəxəssislər hesab edir ki, qarışıq döyüş növləri ilə məşğul olanların 95%-i peşəkar döyüşmür. Onların çoxu həvəskarlardır. Tanınmanın yeganə forması isə kəmərdir. Hər bir idmançıya  təhlükəsizlik baxımından kəmər lazımdır. Çünki eyni çəki kateqoriyasında tamamilə fərqli səviyyəli döyüşçülər ola bilər.
Vəli Həsənoğlu,
KONKRET.az

İdman       Tarix: 17 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah" tarixinin ən vacib matçına çıxır

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab qarşılaşmasına çıxacaq. bildirir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə üz-üz

Avropa Liqasında püşk atıldı - (Foto)

Bu gün UEFA Avropa Liqasının 2026/27-ci illər mövsümünün liqa mərhələsinin püşkatma mərasimi keçirilib. qafqazinfo-ya istinadən xəbər verir ki, dörd səbətdə yer alan 36 klubun əsas mərhələdəki rəqibləri bəlli olub. Yeni format

"Qızıl top"un sahibi bu tarixdə bəlli olacaq

Futbol dünyasının ən prestijli fərdi mükafatlarından biri hesab olunan "Qızıl top"la bağlı builki mərasimin detalları açıqlanıb. xəbər verir ki, "France Football"un məlumatına görə, 2025/26 mövsümünü

"Turan Tovuz" "Kəpəz"ə, "Zirə" "Neftçi"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunları keçiriləcək. xəbər verir ki, daha 2 qarşılaşma baş tutacaq. Günün ilk matçında "Kəpəz" Gəncədə "Turan Tovuz"u qəbul edəcək. Gəncə şəhər stadionund

UEFA-dan yeni qayda: Bundan sonra…

UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatmasında yeni qayda tətbiq edəcək. KONKRET. -a istinadən xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, UEFA eyni qarşılaşmanın ardıcıl üç mövsüm eyni stadiond

"Fənərbaxça"dan Taliska açıqlaması

"Fənərbaxça" Anderson Taliskanın gələcəyi ilə bağlı yayılan xəbərlərlə bağlı açıqlama verib. KONKRET.azxəbər verir ki, klub braziliyalı futbolçunun "Konyaspor"la matçın heyətinə daxil edilməməsinin xaric

"Liverpul"dan transfer BOMBASI

"Liverpul" PSJ-nin vingeri Bredli Barkolyanın transferi ilə bağlı razılığa gəlib. "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızılar" Fransa millisinin 23 yaşlı futbolçusu üçün 106+17 milyo

Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"

"Qarabağ" "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq. KONKRET.azxəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente"

Mahmud Qurbanov millinin baş məşqçisi oldu

Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib. xəbər verir ki, namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin onlayn müzakirəsi zaman


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən yeni xəbərlər cəbhədən son dəqiqə kriminal xeberler cəbhədən son durum