Sertifikatlaşdırma ilə məşğul olan qurumların fəaliyyətində nöqsanlar aşkar edilib

Sertifikatlaşdırma ilə məşğul olan qurumların fəaliyyətində nöqsanlar aşkar edilibAkkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahəsində nəzarət tədbirləri istehlak mallarının keyfiyyəti və təhlükəsizliyi barədə istehlakçılara yalnış məlumatların təqdim edilməsi risklərinin aradan qaldırılması, uyğunluğu qiymətləndirən qurumların müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət etməklə, gələcəkdə mümkün nöqsanlara yol verməsinin qarşısının alınmasına və son nəticədə istehlakçı hüquqlarının qorunmasına xidmət edir.
KONKRET.az-ın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbərinə görə, malın, işin və ya xidmətin sertifikatlaşdırılması sahəsində fəaliyyət göstərən qurumların fəaliyyətinə nəzarət davam etdirilir.
Bu çərçivədə Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı "Azgidasert" MMC-nin xarici ölkədə akkreditasiya olunaraq ölkə ərazisində müxtəlif qida mallarının sertifikatlaşdırılması fəaliyyətini həyata keçirdiyi, lakin qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikasında akkreditasiya olunmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanla əlaqədar olaraq qurum barəsində inzibati xəta barədə protokol tərtib edilib və sifarişçiyə verilmiş uyğunluq sertifikatının ləğv edilməsinə dair müvafiq göstərişlər verilib. Lakin Dövlət Xidmətinin göstərişləri yerinə yetirilmədiyindən qurum barəsində inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, Dövlət Xidmətinin protokolları qanuni hesab edilib və qurum barəsində cərimə şəklində inzibati tənbeh tədbiri görülüb. Məhkəmənin qərarı ilə "Azgidasert" MMC tərəfindən qanunsuz tərtib edilmiş uyğunluq sertifikatının ləğvi təmin edilib.
Bundan əlavə, "Certus" MMC-nin təqdim etdiyi uyğunluq sertifikatlarının düzgün tərtib edilmədiyi və uyğunsuzluqların olması ilə bağlı şübhəli hallar Dövlət Xidməti tərəfindən müəyyən edilib. Belə ki, sertifikatlaşdırılmış məhsulun standartının tələblərində yoxlanılmalı olan bir neçə göstəricinin (parametrin) nəzərdə tutulmasına baxmayaraq, yalnız bir göstərici üzrə laboratoriya sınağının aparıldığı və sertifikatın verildiyi aşkar olunub.
Nöqsan aşkar edilən uyğunluq sertifikatlarının ləğv edilməsi barədə müvafiq göstərişin verilməsinə baxmayaraq, təyin olunmuş müddət ərzində "Certus" MMC tərəfindən Dövlət Xidmətinin yazılı tələbləri yerinə yetirilməyib. Nəticə etibarilə, "Certus" MMC-yə verilmiş akkreditasiya attestatının qüvvəsi müvəqqəti olaraq dayandırılıb.
Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumları öz fəaliyyətlərində "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməyə çağırır.
Xüsusi olaraq qeyd edək ki, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, qida və qeyri-qida mallarının standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi akkreditasiya edilən uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir və bu barədə uyğunluq sertifikatı verilir. Bundan əlavə, Azərbaycan Respublikasında təsis edilən uyğunluğu qiymətləndirən qurum beynəlxalq səviyyədə tanındığı halda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmayıbsa, akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasında akkreditasiya olunmalıdır.APA

Sosial       Tarix: 15 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler yeni xeberler azerbaycan xeberleri hava durumu sonxəbər gunun xeberleri cəbhədən ən son xəbər