Sərxan Əliyev dünya çempionatının bürünc medalını qazandı
Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını qazanıb.
Publika.az-ın Azərbaycan Boks Federasiyasına istinadla verdiyi məlumata görə, komandamızın aktivinə ikinci bürünc medalı Sərxan Əliyev (71 kq) əlavə edib.
İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatdığından S.Əliyev bürünc medalla kifayətlənib. Ondan əvvəl yığmamızın üzvü Məhəmməd Abdullayev (+92 kq) də mundialı 3-cü pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edir.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var