Sərxoş arvadı Paşinyana görün NƏLƏR DEDİ: Necə kişisən ki..? - ŞOK SÖZLƏR

Sərxoş arvadı Paşinyana görün NƏLƏR DEDİ: Necə kişisən ki..? - ŞOK SÖZLƏRErmənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Argişti Kərəmyanın istefasının detalları bəlli olub.
Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı öz Teleqram səhifəsində rusiyalı media maqnat Aram Qabrelyanov paylaşıb. Onun sözlərinə görə, Kərəmyan müharibə zamanı MTX-nın 30 əməkdaşı ilə Qarabağda olub və Paşinyanın onun qarşısında qoyduğu hədəfi - həyat yoldaşı Anna Akopyan və oğlunun təhlükəsizliyinin təminini reallaşdırıb.
Bununla bərabər o, daha 10 nəfərin Paşinyanın oğlunun mühafizəsinə cəlb olunduğunu, yerdə qalanların isə Argişti Kərəmyanın yanında olduğunu yazıb:
"General Movses Akopyanın sərt formada Nikolun həyat yoldaşından məxfi hərbi əməliyyatın müzakirəsi aparıldığı bunkeri tərk etməsini istəyəndə skandal yarandı. Bu ana qədər Anna Akopyan bir neçə dəfə generalları açıq şəkildə tənqid edərək, onlara ordu ilə bağlı nəsə öyrətməyə cəhd edib. Movses Akopyan dözməyərək, qadından qərargahı tərk etməsini sərt şəkildə tələb edib. Bundan sonra Akopyanın mühafizəçiləri onu sakitləşdirməyə çalışıblar".
Məlumata görə, sərxoş olan qadın bundan sonra Nikol Paşinyana zəng edərək, onu ağır ana söyüşləri ilə təhqir edib və ona "hansısa moska (Moska İvan Krılovun "Fil və Moska" təmsilində mops növündən olan itə verilən addır – red.) sənin arvadını biabır edir, sən necə kişisən" sözlərini deyib. Həyat yoldaşı ilə danışıqdan az sonra Paşinyan Kərəmyana zəng edib və ondan Movses Akopyanın həbs edilib, İrəvana qandalda gətirilməsini tələb edib. Bu məlumatı Araik Arutyunyana Kərəmyanın çatdırmasından sonra Qarabağdakı separatçıların lideri iki generalla məsləhətləşib. Generallar ona Movses Akopyanın həbsinə izn verməyəcəklərini və Kərəmyanla mühafizəçilərini həbs etdirəcəklərini bildiriblər:
"Bundan sonra Araik Paşinyanın əmrini icra etməkdən imtina edib və bunu Argiştiyə deyib. Kərəmyan titrək səslə Nikola məruzə edib ki, general Akopyanı həbs etmək əmrini icra etmək mümkünsüzdür. Paşinyan MTX-nin gənc rəhbərinə qışqırmağa və onu kişi olmamaqda ittiham etməyə başlayıb. Az sonra isə MTX rəhbərinin vəzifədən azad edilməsi barədə sərəncam dərc olunub". /publika.az

Dünya       Tarix: 09 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun xəbərlər.com cebheden xeberler son xəbərlər bugün 2026