Sərxoş kişi televizora yüksək səs vermək üstündə arvadını döydü
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Vəli Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Vəli Hacıyev cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 8 iyul 2023-cü il tarixdə, gecə saat 1 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Vəli Hacıyev yaşadığı evdə arvadı, zərərçəkmiş Zəminə Hacıyeva (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə kişinin mütəmadi olaraq spirtli içkilər içməsi və televizora yüksək səs verməsi olub. Qadın da bunlara görə ərinə iradlar bildirib. Nəticədə Vəli Zəminənin üzərinə hücum edib onun sifət, baş, bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla qəsdən ardıcıl zərbələr vuraraq qadına xəsarətlər yetirib. Hadisədən sonra Zəminə Hacıyeva Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə zəng edərək ərindən şikayətçi olub və Vəli Hacıyev cinayət məsuliyyətinə cəlb edilib. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir