Səudiyyə Ərəbistanı: "İranla razılaşma bütün məsələlərin həll olunması demək deyil"

Səudiyyə Ərəbistanı: "İranla diplomatik münasibətlərin bərpasına dair razılaşma bütün məsələlərin həll olunduğu anlamına gəlmir".
KONKRET.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud "Şarkul Evsat" qəzetinə bildirib.
Səudiyyə Ərəbistanı: İki ay ərzində İranla əlaqələri bərpa etməyə hazırlaşdıqlarını qeyd edən XİN başçısı gələcəkdə qarşılıqlı səfərlərin mümkünlüyünü bildirib.
Fərhan Al Səud Səudiyyə Ərəbistanı ilə İran arasında əldə olunan razılaşmada Çinin roluna da toxunub:
"Bölgədə təhlükəsizlik və sabitlik mühitinin yaradılmasında Pekin və Tehranla ortaq maraqlarımız var".
Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər. İki ölkə arasında əldə olunan razılaşma martın 10-da İran, Səudiyyə Ərəbistanı və Çinin birgə bəyanatında açıqlanıb.
Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfər terrorçuluq ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları yandırılıb.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 13 mart 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri